Ramazanda sağlam və düzgün qidalanaq



Ramazan ayı öz gəlişi ilə sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması və təşviqini gündəmə gətirməklə bu sahəyə diqqəti bir daha artırır. Bu baxımdan, nəzərə alınmalı başlıca məqam oqranizmin maye tələbatı çərçivəsində su balansının tənzimlənməsidir. Oruc tutarkən imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Orucu ilıq su ilə açılmalı, 1-2 stəkan su içildikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yeyilə bilər. 15-20 dəqiqə  fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Birbaşa quru qidanın qəbulu həzm problemləri riski yaratdığından yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Nəinki ramazan ayında, adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. İmsakda düzgün qidalanmaq gün ərzində su və enerji balansının qorunmasına kömək edir. Fasilələrlə qidalanma orqanizmin vitamin və minerallara olan ehtiyacının ödənməsi üçün vacibdir. Əks halda, belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir, insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir. Həmçinin imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük vermək tövsiyə olunur.  Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq, yulaf və çia toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli ola bilər.
Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik, şişkinlik, qarında qaz problemləri müşahidə oluna bilər. Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıq istehlakı artırılmalı, meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir.
Həzm probleminin qarşısını almaq üçün qəbul olunan qidaların yaxşı çeynənməsi də önəmlidir. Normadan artıq və fasiləsiz qida qəbulu ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməli, mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəkləri, qızartma, tərkibində sous olan kalorili yeməklərin Ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidalar, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil, yemək zamanı ancaq 1-2 dilim çörəklə kifayətlənmək məsləhətdir. Yeməklərdən dərhal sonra şirniyyat qəbulu artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən 1-2 saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqbuldur. İftarla imsak arası bol miqdarda su qəbulu tövsiyə edilir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək şərtdir. Oruc tutanlar yuxu rejiminə də xüsusi diqqət etməlidirlər.

4-04-2022, 11:33 205

Digər xəbərlər

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Xəzər dənizi Sumqayıt sahillərindən geri çəkilir – yeni ərazilər üzə çıxıb - VİDEO

Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

Sumqayıtın 12-ci mikrorayon sakinləri yol problemindən şikayətlənirlər

Sumqayıtda 16 yaşlı yeniyetmənin faciəli ölümü ilə bağlı yeni detallar üzə çıxdı

Səbinə Salmanova: Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq gələcəyinin yol xəritəsidir

Elnarə Akimova: Kitabxanalar kitab saxlanılan yer deyil, oxucu yetişdirən mərkəzlərə çevrilməlidir

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtda 390 cüdoçu kəmər imtahanında iştirak edib - FOTO

Sumqayıt”ın yeni baş məşqçisi o olacaq

Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-Citsu seminarı keçirildi-FOTOLAR

Qızıl medala gedən yol: Sumqayıtlı şagird Vəli Əliyevlə müsahibə -FOTO

Sumqayıtda reabilitasiya mərkəzi ilə bağlı cinayət işi – məhkəmə başlayır - VİDEO

Sumqayıtda mühüm addım: 76-cı məhəllə qəbirlistanlığının yolları asfaltlanır-VİDEO

Bulvardakı güllər və qazon üçün 100 min manat xərclənəcək-VİDEO

Ən çox milyarderin yaşadığı 5 ölkə - Rəqəmlər ŞOKA SALIR - VİDEO

Haqqın.az saytında rəhbər dəyişikliyi - Yeni baş redaktor Teymur Hüseynov oldu

Sumqayıtda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum oldu-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1062
Bu gün, 13:16
Bu gün, 10:15
Bu gün, 09:25
Bu gün, 09:14
Dünən, 21:42
Dünən, 18:54
Dünən, 17:32
Dünən, 14:26
Dünən, 14:12
Dünən, 11:13
Dünən, 10:19
Dünən, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
8-06-2026, 13:04
8-06-2026, 12:03
7-06-2026, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
1 2 3 4 5 6 7 8 9 10 ... 1062