Putin nüvə ilə dünyanı hədələyir – “Burevestnik” sınağı Kreml strategiyasında yeni mərhələ kimi

 Rusiya rəhbərliyi nüvə gücünü yenidən qlobal siyasətin mərkəzinə çəkir.

Sumqayit.tv xəbər verir ki, prezident Vladimir Putinə nüvə enerjisi ilə işləyən 9M730 “Burevestnik” qanadlı raketinin uğurlu sınaqlarının başa çatması barədə məruzə edilib.

Sınaq zamanı raket 15 saata yaxın havada qalaraq təxminən 14 min kilometr məsafə qət edib.

Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, bu raketin “uçuş məsafəsi faktiki olaraq məhdudiyyətsizdir” və nə qədər uçacağına yalnız operator qərar verə bilər. Raket yerin səthindən cəmi 25–100 metr yüksəklikdə uçaraq radar sistemlərindən yayınma qabiliyyətinə malikdir. Döyüş başlığı isə nüvə yüklüdür.

WhatsApp Image 2025-10-26 at 15.31.29.jpeg (100 KB)

Putin raketin silahlanmaya qəbul edilməsi üçün infrastrukturun hazırlanması barədə göstəriş verib.

MEDVE.jpg (90 KB)

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Qərbə “Nüvə silahının tətbiqi ehtimalı masa üzərindədir” sözləri ilə xəbərdarlıq etmişdi. Medvedev açıq şəkildə demişdi:

“Rusiya strategiyası: ya biz qalib gəlirik, ya da dünya yox olur”.

Bu ritorika Qərb paytaxtlarında ciddi narahatlıq yaradıb.

“Burevestnik”in əsas əsas xüsusiyyəti – nüvə reaktoru ilə işləyən mühərrikdir. Bu isə raketə:

- Aylarla havada qalmaq, trayektoriyasını dəyişmək,

- Kontinental sərhədləri dolaşıb gözlənilməz istiqamətdən hücum etmək,

- NATO radar və müdafiə sistemlərini yan keçmək imkanı verir.

Bu texnologiya soyuq müharibə dövründən sonra ilk dəfə nüvə silahının operativ-taktiki istifadəsini yenidən real gündəmə gətirir.

ABŞ və NATO ekspertləri “Burevestnik” sınağını:

- “Kremlin qlobal siyasi təzyiq aləti”

- “Qərbə qarşı nüvə şantajı”

- “Strateji balansı pozan təhlükəli siqnal” kimi qiymətləndirir.

“Guardian” qəzetinin analitikləri bildirir ki, Putin bu addımla Ukrayna müharibəsində strateji defisiti kompensasiya etməyə çalışır və Qərbə psixoloji üstünlük nümayiş etdirir.

Rusiya artıq təkcə Ukrayna cəbhəsində deyil, qlobal qarşıdurma meydanında da “oyunun qaydalarını dəyişməyə” cəhd edir.

“Burevestnik” – bu, sadəcə raket deyil. Bu, Kreml tərəfindən dünya üçün verilən mesajdır:

“Qorxun. Bizdə hələ də nüvə gücü var”.

Beləliklə, gərginliyin daha da artacağı şübhəsizdir. //Musavat.com


26-10-2025, 15:45 100

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060