SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsinin icraçısı Rövşən Nəcəf 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.O, bu haqda “Facebook” səhifəsində qeyd edib.
“31 mart, bəşər tarixinin qanlı faciələrindən biri olan Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, Allahdan rəhmət diləyirəm”.