
Sumqayıt Olimpiya İdman Kompleksində U-17 yeniyetmələr arasında Abşeron-Xızı bölgəsi üzrə cüdo birinciliyi keçirilir.
Sumqayit.tv Sumqayit24.az-a istinadən xəbər verir ki, yarışda Abşeron, Xızı və Sumqayıtı təmsil edən ümumilikdə 219 cüdoçu mübarizə aparır.
Turnirin əsas məqsədi bölgədə yeniyetmə cüdoçuların potensialını üzə çıxarmaq, gələcək idmançı bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Eyni zamanda U-17 üzrə bu regional yarış milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandırır.
Dünən, 19:58
15