Sumqayıt Dövlət Universitetində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub


Oktyabrın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Sözün Bəxtiyarı” adlı tədbir keçirilib.

Tədbirdən əvvəl iştirakçılar universitetin Böyük Akt zalının foyesində təşkil edilən kitab sərgisi ilə tanış olublar. Sərgidə şairin müəllifi olduğu kitablar, seçilmiş əsərləri və onun yaradıcılığına dair ədəbiyyat nümunələri nümayiş etdirilib.

Daha sonra Prezident İlham Əliyevin Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam səsləndirilib. Tədbir çərçivəsində şairin həyat və yaradıcılıq yolunu, eləcə də Ulu Öndər Heydər Əliyevlə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.

Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək iştirakçıları salamlayıb və Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında və milli düşüncənin formalaşmasında mühüm rolu olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin şairin yubileyinin dövlət səviyyəsində qeyd olunmasına dair Sərəncamının ədəbiyyata və ziyalılara göstərilən qayğının bariz nümunəsi olduğunu qeyd edib.

Rektor çıxışında “Ana”, “Vətən marşı”, “Bayraq”, “Ana dili” kimi şeirlərin dərin təsir gücündən danışaraq, “Gülüstan” poemasının milli şüurun oyanışında əhəmiyyətli rol oynadığını bildirib. O, həmçinin gəncləri Azərbaycan ədəbiyyatının klassiklərini, xüsusilə Bəxtiyar Vahabzadənin yaradıcılığını dərindən öyrənməyə çağırıb.

Tədbirdə Milli Məclisin deputatı Elnarə Akimova, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və SDU-nun dosenti İlahə Vəliyeva çıxış edərək şairin zəngin irsindən, milli azadlıq ideyalarının poeziyasında xüsusi yer tutmasından danışıblar.

Bədii hissədə universitetin tələbələri Bəxtiyar Vahabzadənin poeziyasından nümunələr səsləndirib, onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub. İstedadlı müğənni Hicran Əhmədovanın çıxışı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

 


24-10-2025, 12:09 109

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041