Fədakar ömür:: Sevindik Hüseynov 80 yaşını qeyd edir

Bu günlərdə qədim Qərbi Azərbaycan torpağının Dərələyəz mahalının ağsaqqalarından biri - Sevindik İsa oğlu Hüseyinov ömrünün 80 yaşını qeyd edir. Ömrünü xalqına, dövlətinə və insanlara xidmətə həsr etmiş dəyərli insan — Sevindik İsa oğlu Hüseynovu səmimi qəlbdən təbrik edirik.

Sevindik müəllim ömrünün çox hissəsini müəllim və direktor kimi fəaliyyət göstərərək, gənclərin bilik və dünyagörüşünün formalaşmasına həsr etmiş, saysız-neçə şagirdin həyatına elm və mərifət işığı saçmışdır.
Daha sonra isə o, 30 il ərzində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsinin Sumqayıt şəhər ızrə təşkiləta rəhbərlik edərək, yüzlərlə ailənin taleyinə, rifahına və məskunlaşmasına böyük qayğı ilə yanaşmış, fədakar fəaliyyəti ilə həmkarlarının və vətəndaşların dərin hörmətini qazanmışdır.

Hazırda da Sevindik müəllim Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin işində yaxından iştirak edir, təcrübəsini və zəngin həyat yolunu gənclərlə bölüşərək, milli yaddaşın qorunması və Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində nümunəvi fəaliyyət göstərir.

Onun zəngin həyat təcrübəsi, səmimiyyəti, müdrikliyi və dövlətə sədaqəti hər birimiz üçün örnəkdir.

Bu əlamətdar yubiley münasibətilə Sevindik müəllimi bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun və xoşbəxt ömür, ailə səadəti, həmçinin gələcək nəsillərə örnək olacaq yeni uğurlar arzulayırıq.

Sizin kimi fədakar insanların varlığı Qərbi Azərbaycan ideyasının yaşarlığının ən böyük təminatıdır!

Hörmətlə,
Ramiz İsmayılov
Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin rəhbəri
və nümayəndəliyin kollektivi adından

23-10-2025, 21:59 245

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086