Qubadlıda yenidən Azərbaycan nəfəsi

 2020-ci ilin 25 oktyabr tarixi Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb. Məhz həmin tarixdə şanlı Ordumuzun hər bir üzvünün, şəhidlərimizin qanı-canı bahasına Qubadlı işğaldan azad edilib. Hazırda bu torpaqlarda öz tarixi sahibləri addımlayır.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Qubadlının azad edilməsi Vətən müharibəsinin taleyində mühüm rol oynadı:

“Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ermənilər Qubadlıda güclü istehkamlar qurmuşdular, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdilər. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki Ermənistan silahlı qüvvələri həmin yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ordumuz peşəkarlıq və fədakarlıq göstərərək əvvəlcə şəhərə hakim olan yüksəklikləri erməni hərbi birləşmələrindən təmizlədi, daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndlərini və strateji yüksəklikləri ələ keçirildi. Bununla da yenilməz Azərbaycan Ordusunun qarşısında aciz qalan ermənilər xeyli canlı qüvvə və texnika itkisi verərək tarixi ərazimizi əbədi tərk etdi”.


Deputat bildirib ki, Ermənistan tərəfi işğal dövründə Azərbaycanın digər ərazilərində olduğu kimi, Qubadlıda da qanunsuz məskunlaşdırma siyasəti aparmışdı:

“Belə ki, işğal dövründə Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri Qubadlı rayonunun Xanlıq kəndində qeyri-qanuni məskunlaşdırmışdılar. Beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına görə işğal edilən ərazilərdə qanunsuz məskunlaşdırma aparan ölkə cinayət törətmiş hesab olunur. İşğal dövründə bütün beynəlxalq təşkilatlar, dünya dövlətləri beynəlxalq hüququ ayaqlar altına atan, cəzasızlıq mühitindən daha da sui-istifadə edərək müxtəlif təxribatlara əl atan Ermənistana dur deməli, onun qanunsuz hərəkətlərinin qarşısını almalı idi. Ancaq biz bu istiqamətdə heç bir əməli addımın atıldığını görmədik. Azərbaycan bu məsələdə də ədaləti və beynəlxalq hüququ özü bərpa etdi”.

S.Salmanova qeyd edib ki, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib:

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 15 209 hərbi qulluqçumuz “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Dövlət başçımız ötən ilin iyulun 31-də imzaladığı sərəncamla Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək məqsədilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən sərəncamla da 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olunub”.

Millət vəkili onu da söyləyib ki, artıq beş ildir Qubadlıda həyat yenidən canlanır: “Ermənilər tərəfindən dağıdılmış, viran qoyulmuş Qubadlı rayonu və kəndləri Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə abadlaşdırılır. Hazırda Qubadlıda quruculuq, bərpa işləri, müasir nəqliyyat, enerji və s. sosial-iqtisadi infrastruktur layihələri uğurla icra olunmaqdadır. Bütövlükdə, azad olunmuş ərazilərimizdə görülən möhtəşəm işlər hər birimizi qürurlandırır. Əminliklə demək olar ki, tezliklə bu ərazilər bütünlüklə yenidən, ən müasir səviyyədə qurulacaq və insanlar doğma yurdlarında firəvan yaşayacaqlar”.

25-10-2025, 11:49 150

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041