“Qəssab” ləqəbli Vagner



Bir neçə ölkə onun barəsində axtarış elan etsə də, Nürnberq məhkəməsi ona qiyabi ölüm hökmü çıxarsa da Qustav Vagner 35 il ərzində cəzadan yayına bilib. O, 250 min əsirin məhv edilməsində birbaşa iştirakına görə ittiham olunub.
“Sobibor cəlladı”, “Qəssab”, “Canavar” kimi təxəllüslər qazanan Vagner bu ittihamların heç birini qəbul etməyib, özünü günahkar saymayıb. Hətta 1979-cu ildə “BBC”-yə verdiyi müsahibədə özünə haqq da qazandırıb:
“Hitlerin bütün qərarları düzgün olub. Onun qərarlarını icra etməkdə təəssüf hissi keçirmirəm. Mən fürerin nökəri olmuşam və bununla qürur duyuram. Əsirləri heç bir hiss keçirmədən, emosiyasız məhv etmişəm və bunu düzgün saymışam. Biz dostlarımızla xidməti işimizi heç vaxt müzakirə etməmişik, biz işimizi görmüşük. Dostlarla yalnız içmişik, kart oynamışıq. Düşərgədə bundan başqa hansı əyləncəni tapmaq olar?”
Qustav Vagner 1911-ci ildə Venada anadan olub. İyirmi yaşı olanda nasist partiyasının Vena təşkilatına üzv qəbul edilib. Partiyanın gizli tapşırıqlarını yerinə yetirən Vagner bir neçə dəfə həbs olunmaq təhlükəsi ilə üzləşdikdən sonra Berlində məskunlaşıb. 1930-cu illərin sonlarında o, əsir düşərgələrinin yaradılmasında, inşa edilməsində, təşkilati məsələlərdə fəal iştirak edib.
Təsərrüfat işlərini və inzibatçılığı yaxşı bacaran Vagner 1942-ci ilin may ayında Polşaya göndərilib, ölün düşərgəsi adı ilə məşhur olan Sobibor düşərgəsinə komendant müavini təyin edilib.
Vagner komendantın təsərrüfat işləri üzrə müavini olsa da, o, düşərgədə bütün məsələlərdə əsas söz sahiblərindən biri sayılıb. Nürnberq məhkəməsində şahid qismində iştirak edən Moşe Baxir onu aşağıdakı kimi xarakterizə edib:
“Qustav Vagner düşərgədə komendantla təxminən eyni səlahiyyətdə idi. İlk baxışdan bu hündürboylu, yaraşıqlı adam mərhəmətli, xeyirxah insan təəssüratını yaradırdı. Amma bu görünüş aldadıcı idi. Vagner insan ağlına gəlməyən, insanın düşüncəsinə sığışmayan bir vəhşi idi. Onun adam öldürmək ehtirası heç bir çərçivəyə sığmırdı. Ən dəhşətlisi isə o, əsirləri rahatlıqla öldürmürdü, işgəncə, əzab verə-verə məhv edirdi. Vagner əsirlərə məcburi insan qanı və sidik içirdirdi...”
“Mən bir neçə adam ödürməmiş nahar edə bilmirəm” kimi ifadəni hər gün təkrarlayan Vagner hər gün səhər saat 6-da ölüm təyinatını aparıb. Seçim onun ixtiyarında olub. Əsirləri qaz kameralarına göndərdikdən sonra o, öz ehtirasını söndürmək üçün bir neçə əsiri özü öldürüb.
1943-cü ilin sonlarında Sobibor düşərgəsi ləğv edildikdən sonra Vagner fəaliyyətini İtaliyada SS tərkibində davam etdirib.
Müharibə sona çatdıqdan sonra Vagner Sobibor ölüm düşərgəsinin işi ilə bağlı axtarışa verilib. Bu ərəfədə hiyləgər cəllad Avstriyanın Qrats şəhərində köhnə tanışlarının vasitəsi ilə özünə saxta sənəd düzəldərək başqa ad və soyadla tikintidə fəhlə işinə düzəlib. Axtarışların ciddi aparılmasından narahat olan Vagner Avstriyada qalmağın təhlükəli olduğunu anlayaraq bu dəfə də başqa soyadla Braziliyaya qaçmağa nail olub.
Braziliyanın cənub bölgələrində tez-tez yerini dəyişən Vagner bir müddət varlı ailələrin bağ evlərində işləyib, bağbanlıq edib. Sonra o, iki uşağı olan imkanlı bir dul qadınla ailə həyatı qurub. Qadının hesabına zəngin həyat tərzi sürən Vagnerin xoş günləri uzun çəkməyib. 1967-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra uşaqları Vagneri evdən qovub.
Vagner 1978-ci ilə qədər Braziliyada səfil həyatı sürüb. Gün ərzində diləndiyi pulları içkiyə xərcləyib, küçələrdə, evlərin damlarında, zirzəmilərdə yaşayıb.
Nəhayət, 1978-ci ildə ABŞ-da fəaliyyət göstərən Simon Vizental Mərkəzi tərəfindən Vangerin Braziliyada məskunlaşması aşkar edilib. İsrail, Polşa, Avstriya, Almaniya tərəfindən Vagnerin tələb olunması ilə bağlı Braziliyaya rəsmi müraciətlər bir müddət nəticəsiz qalıb. Braziliya Baş Prokurorluğu Vagnerin təhvil verilməsi üçün  onun cinayətlərini sübut edən sənədlər tələb edib. Braziliya hökumətinə Nürnberq məhkəməsinin Vagner barəsində çıxartdığı qiyabi ölüm hökmü təqdim edilib. Bununla da Braziliya məhkəməsi Vagnerin ekstradisiyası haqqında qərar qəbul edib. Bu ərəfədə küçələrdə yaşayan Vagner  otellərin birinə yerləşdirilib və onun hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Hökumətin hesabına qidalanan, geyimlə təmin olunan cəllad ona ayrılan vəsaiti içkiyə sərf edib, sərxoş vəziyyətdə jurnalistlərə açıqlamalar verib, ekstradisiya olunacağına inanmayıb.
1980-ci ilin oktyabrın 3-də Vagner ötən günlərdə olduğu kimi səhər saatlarında oteldən çıxaraq içki dalınca gedib və bir daha otelə qayıtmayıb. Onun meyiti San-Paulu şəhərinin kimsəsiz küçələrinin birində tapılıb. Vagnerin sinə nahiyəsində bıçaq zərbəsi aşkar edilib. Rəsmi versiyada Vagnerin ölümü intihar faktı kimi göstərilib. Qeyri-rəsmi versiyaya görə isə o, qətlə yetirilib. Həmin vaxt “Qəssab” ləqəbli cəllad Vagnerin ölüm səbəbini araşdırmağa heç kəs həvəs göstərməyib və bu, heç kim üçün maraqlı olmayıb.
69 yaşlı Qustav Vagner Braziliya hökumətinin vəsaiti ilə San-Paulu şəhərində kimsəsizlər üçün nəzərdə tutulmuş qəbiristanlıqda dəfn edilib.
İlham Cəmiloğlu.


29-10-2022, 10:00 199

Digər xəbərlər

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 15:01
Bu gün, 11:17
Bu gün, 11:05
Bu gün, 10:40
Bu gün, 07:41
Dünən, 22:31
Dünən, 21:20
Dünən, 20:30
Dünən, 12:19
Dünən, 10:17
Dünən, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
1 2 3 4 5 6 7 8 9 10 ... 1059