Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

 
Çin Xalq Respublikasının Çunçin şəhərində 19–22 may 2026-cı il tarixlərində keçirilən beynəlxalq qardaş şəhərlər əməkdaşlıq konfransında Sumqayıt şəhərinin nümayəndə heyəti iştirak edib.

Sumqayit.tv xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmisi Gündüz Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunub.

Konfrans çərçivəsində şəhər idarəçiliyi, yaşıl inkişaf, sənaye əməkdaşlığı, iqtisadi innovasiyalar, logistika və beynəlxalq tərəfdaşlıq istiqamətində müzakirələr aparılıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətləri iştirak edib.

Müzakirələr zamanı Çunçin şəhərinin beynəlxalq logistika və sənaye mərkəzi kimi artan rolu xüsusi vurğulanıb.

Tədbir çərçivəsində iqtisadi-ticarət görüşləri, sərgilər, mədəniyyət və turizm təqdimatları, eləcə də sənaye müəssisələrinə baxış təşkil olunub. Sumqayıt nümayəndə heyəti müxtəlif şirkət və iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Konfransda çıxış edən nümayəndə heyəti tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə Sumqayıtda həyata keçirilən sənayeləşmə siyasəti, şəhərdə yaradılan müasir sənaye infrastrukturu və xüsusilə Sumqayıt Kimya Sənaye Parkı barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, şəhərdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və davamlı inkişaf istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, beynəlxalq qardaş şəhərlər platforması çərçivəsində keçirilən bu cür tədbirlər şəhərlər arasında iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinin güclənməsinə mühüm töhfə verir.

 

 


26-05-2026, 15:53 148

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081