
“Sumqayıt” futbol klubu baş məşqçi Saşa İliçlə vidalaşıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, serbiyalı mütəxəssislə bağlanan müqavilənin müddəti başa çatıb və tərəflər arasında əməkdaşlığa yekun vurulub.
“Kimyaçılar” Saşa İliçə gələcək məşqçilik karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Sumqayıt” Misli Premyer Liqasının 2025/2026 mövsümünü 41 xalla yeddinci pillədə başa vurub.
Bu gün, 12:54
5