Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

 
Ermənistanın Baş naziri Nikol Paşinyan Sumqayıt və digər Azərbaycan şəhərlərinə qayıdış məsələsi ilə bağlı diqqətçəkən açıqlama verib.

Sumqayit.tv xəbər verir ki, Paşinyan bu barədə mayın 26-da Kotayk bölgəsinin Tsaqkadzor şəhərində keçirilən seçki kampaniyası zamanı danışıb.

O bildirib ki, bəzi qüvvələr Ermənistanda 300 min azərbaycanlının geri dönüş məsələsini gündəmə gətirməyə çalışır, lakin rəsmi İrəvan bunun qarşısını almaq niyyətindədir.

“Bu gün Ermənistanda 300 min azərbaycanlının Ermənistana gələcəyini iddia etmək istəyən qüvvələr var, amma biz bu qapını əbədi olaraq bağlamışıq”, – deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, Ermənistan Bakı, Sumqayıt, Gəncə və Qarabağı tərk etmiş ermənilərin geri qayıtması məsələsini də gündəmə gətirməməlidir. Onun fikrincə, bu cür yanaşma “güzgü gündəmləri” yarada bilər.

Paşinyan Qarabağdan Ermənistana köçən ermənilərin yerləşdirilməsi üçün böyük maliyyə vəsaiti ayrıldığını da qeyd edib.

“Bu gün Qarabağdan gələnlərin Ermənistanda məskunlaşmasına kömək etmək üçün milyardlarla dollar xərcləyirik”, – deyə o vurğulayıb.

Ermənistan baş naziri çıxışında dövlətçilik və vətən anlayışına da toxunaraq bildirib ki, “Vətən dövlətdir və dövlətdən kənarda Vətən yoxdur”.


26-05-2026, 17:29 106

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104