
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Sumqayit.tv-yə daxil olan məlumata görə, hadisə bu gün səhər saat 04:00-05:00 radələrində şəhərin Dənizkənarı Bulvar ərazisində yerləşən “Kristal Abşeron 3” yaşayış kompleksində baş verib.
Bildirilib ki, çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzillərdən birində yanğın baş verib.
Redaksiyamıza göndərilən görüntülərdən görünür ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və ərazidə operativ müdaxilə tədbirləri həyata keçirilib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 07:41
8