14 fevralda Azərbaycan 1501 hərbçi itirib - QAN YADDAŞI


Çoxlarının bilmədiyi, bəlkə də unutduğu ordumuzun 14 fevral faciəsi...

14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-erməni işğalçı terroristləri ilə ağır döyüşlərdə Azərbaycan Milli Ordusunun 1501 hərbçisi şəhid oldu. Şəhid olanlarin bir neçə yüz nəfəri həmin şaxtalı gecə mühasirədə soyuqdan donaraq həlak oldular...
Mən (Anonim) həmin vaxt Isveçrənin Beynəlxalq Qızıl Xaç Komitəsində bölgə üzrə tərcüməçi işində çalışırdım. Çox təəssüf ki, bu hadisələrin canlı şahidi olmuşam...
Təşkilat olaraq vəzifəmiz yaralıları və həlak olanları döyüş bölgəsindən çįxarmaq, hərbi əsirləri dəyişmək idi..
Allah bütün şəhidlərimizə rəhmət eləsin❗
Azərbaycan ordusunun faciəvi geri çəkilməsi...
14 fevral 1994-cü ildə Cəmilli kəndindəki briqada komandanlığının iclasında zabitlərə komandanlığın Kəlbəcər bölgəsini tərk etmə əmri barədə məlumat verildi. Cəmilli kəndi uğrunda döyüşlərdə Feyruz Alışov əsir götürüldü. Ömər aşırımından keçən yolun Ermənistan qoşunlarının nəzarəti altında olması səbəbindən Azərbaycan qoşunları Kəlbəcər bölgəsini ensiz Susuzluq-Təkəqaya-Ağdağ yolu ilə tərk etmək məcburiyyətində qaldı. Bütün ağır texnika isə tərk edildi. Qışda dağlıq ərazilərdə, güclü qar və dəhşətli soyuqda baş verən bu geri çəkilmə zamanı yüzlərlə əsgər donaraq öldü və ya itkin düşdü. Soyuqdan bəzi əsgərlər isinmək üçün pencəklərini yandırdılar, donvurmadan ölənlərin cəsədləri isə götürülmədi. Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev Azərbaycan qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasını belə təsvir edir: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi: “Mən qaldım, sən get!”. (Vəliməmmədov, 2019:159).
Döyüşlərin iştirakçısı, 701 saylı hərbi hissənin tağım komandirinin müavini, o dövrdə 19 yaşında olan baş çavuş Vaqif Abbasov belə xatırlayır: “12 fevralda çox güclü qar yağmağa başladı. Fevralın 13-də Murovdağın yamaclarında şimal mövqelərinə çəkilmək əmri aldıq. 18-20 fevral tarixlərində düşmən iki briqadamızı mühasirəyə ala bildi. Onlara çatmağa çalışdıq, amma qar yağması bizə mane oldu. Bir çox əsgər uçqun altında qalaraq həlak oldu. “
30 yaşlı əslən Kəlbəcərdən olan Təyyar Muxtarovun sözlərinə görə əsgər yoldaşlarının çoxu güllə və mərmilərdən deyil, don nəticəsində həlak olmuşdu. Mühasirəyə alınan qoşunları boşaltmaq üçün vertolyotlar istifadə edildi. 1994-cü ilin qışında Kəlbəcərdə çəkilən videokadrlarda Kəlbəcər bölgəsindən qoşunların təxliyyəsinin hansı şəraitdə həyata keçirildiyi göstərilir. 20 Fevrala qədər Azərbaycan ordusu Murovdağ silsiləsindən geri çəkildi. 10 fevraldan 20 fevrala qədər çox sayıda əsgər uçqun və donvurma nəticəsində həlak olmuşdu. Hələ də Azərbaycan qoşunlarının itkiləri barədə rəsmi məlumat yoxdur. Son yenilənmiş məlumatlara görə, Kəlbəcər bölgəsindəki döyüşlər zamanı Azərbaycan qaynaqlarına görə ordunun ümumi itkisi 1592 nəfər idi. Ölən əsgərlərin 1337-si donvurmadan həyatını itirmişdi, 111-i isə itkin düşdü. Tomas de Vaal Ömər dağı döyüşlərində Azərbaycan ordusunun 4000-ə yaxın itki verdiyini qeyd edir (De Vaal, 2008).
P.S. Allah, ermənilərə də, ruslara da lənət eləsin, başqa da heç nə demirəm..
Mənbə: Mirzə Raşad Bakuvi

14-02-2022, 17:34 11 936

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064