Bakı Dövlət Sirkinin qarşısındakı qurumuş ağaclar müvafiq ekspertiza rəyi əsasında götürülüb-FOTO


Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı, şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır. Bunu nəzərə alaraq son günlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq struktur bölmələrinin və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarında olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlərin intensivliyi artırılıb. Sözügedən ağaclara baxış keçirilir, onlar işarələnir və aktlaşdırılır. Monitorinqlər nəticəsində aşkar edilən quru, qəzalı, bioloji inkişaf dövrünü başa vurmuş və xəstəliklərə yoluxmuş ağacların götürülməsinə rəy alınması üçün yerli icra hakimiyyəti və bələdiyyələr tərəfindən Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilir. Bu ağacların götürülməsinə müsbət rəy verildikdən sonra müraciətçilərin müvafiq qərarı və yaşıllığın götürülməsi vərəqi əsasında ağacların növbəli şəkildə götürülməsi həyata keçirilir. Yarıquru ağaclar isə budanaraq təhlükəsiz vəziyyətə gətirilir. 
     İşlərə mərhələli şəkildə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından başlayaraq start verilib.
     Bugünlərdə  Bakı şəhəri Səməd Vurğun küçəsi – Bakı Dövlət Sirkinin qarşısından götürülən 8 ədəd quru ağac da sözügedən monitorinqlər nəticəsində aşkarlanaraq müvafiq ekspertiza rəyi əsasında götürülüb.  
     Qeyd edək ki, Agentlik tərəfindən verilən rəydə götürülən hər bir ağacın yerində payız mövsümündə yerli iqlimə uyğun yeni ağacların əkilməsi şərti qoyulub. Rəy əsasında bütün işlər Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Bununla bağlı Agentliyin müvafiq şöbəsi tərəfindən mütəmadi olaraq nəzarət proseduru mövcuddur.


9-08-2024, 19:59 159

Digər xəbərlər

Sumqayıtda taksi tapmaq çətinləşə bilər? – Sürücülərlə bağlı yeni tələb narahatlıq yaradır

“Qubada xan oğlu Bakıxanova yaraşan bir bina tapılmadı?” – Sabir Rüstəmxanlıdan SƏRT açıqlama

Zakir Fərəcov 2-ci mikrorayonda sakinlərlə səyyar qəbul keçirib

Fərid Qayıbov Sumqayıtda sakinlərlə görüşdü-FOTO

Sumqayıtın tanınmış müəllimi Nizami İsmayılov vəfat etdi - FOTO

Sumqayıtda növbəti küçədə səki təmiri aparılır - FOTO

“Stansiya Sumqayıt” sakinlərinin səsini dinləyən deputat, problemlə yerində tanış oldu - FOTO

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”la qarşılaşacaq

İlham Əliyevlə Donald Tramp arasında görüşü keçirilir

Sumqayıt Bələdiyyəsi 2025-ci il üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Dəyişən beynəlxalq mühitdə Azərbaycanın strateji davranışı

Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qazı kəsiləcək

Sumqayıtda yanvar ayı üzrə pensiya ödənişləri yekunlaşdırılıb

Sumqayıtda buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Mehriban Vəliyeva: "Prezident İlham Əliyev Davosdan yeni dünya nizamına mesaj verdi"

Sumqayıtda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib – RƏSMİ AÇIQLAMA

Sumqayıtda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib

Sumqayıt Bələdiyyəsində 2025-ci ilin yekunlarına dair tədbir keçirilib

Sumqayıt sakinləri əməkhaqqı və pensiya artımından faydalanacaq

Sumqayıtda şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır

1 2 3 4 5 6 7 8 9 10 ... 1010
Dünən, 15:55
Dünən, 15:43
Dünən, 15:40
Dünən, 14:50
22-01-2026, 23:32
22-01-2026, 22:57
22-01-2026, 16:48
22-01-2026, 16:29
22-01-2026, 15:56
22-01-2026, 15:49
22-01-2026, 15:48
22-01-2026, 15:09
22-01-2026, 12:38
22-01-2026, 12:30
22-01-2026, 12:27
22-01-2026, 10:34
22-01-2026, 08:21
22-01-2026, 08:07
21-01-2026, 19:27
21-01-2026, 19:17
21-01-2026, 17:26
21-01-2026, 16:55
21-01-2026, 16:51
21-01-2026, 16:45
21-01-2026, 14:50
21-01-2026, 09:33
21-01-2026, 09:13
20-01-2026, 19:05
20-01-2026, 15:43
20-01-2026, 14:09
20-01-2026, 13:13
20-01-2026, 09:23
20-01-2026, 09:20
19-01-2026, 22:16
19-01-2026, 16:51
19-01-2026, 16:33
19-01-2026, 16:05
19-01-2026, 16:01
19-01-2026, 15:51
19-01-2026, 15:48
1 2 3 4 5 6 7 8 9 10 ... 1010