“Qubada xan oğlu Bakıxanova yaraşan bir bina tapılmadı?” – Sabir Rüstəmxanlıdan SƏRT açıqlama

 
Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanın tarixşünaslığında, maarifçiliyində, elm, ədəbiyyat tarixində müstəsna yeri və xidmətləri olan Abbasqulu ağa Bakıxanov Qüdsinin Qubanın Amsar kəndində yerləşən ev muzeyinin bərbad vəziyyətdə olmasından şikayətlənib.

Bu barədə Sabir Rüstəmxanlı bildirib ki, ev muzeyi köhnə binada yerləşir və yararsız vəziyyətdədir:

“Bina çox köhnədir, divarlar çatlayıb və isitmə sistemi yoxdur. Muzeyin iki nəfər işçisi var, onlar əyinlərində palto titrəyə-titrəyə durmuşdular”.

Xalq şairi deyib ki, muzeyin ciddi ekspozisiyası yoxdur:

“Mən anlayıram ki, Bakıxanovun yaşadığı vaxtdan çox zaman keçib. Lakin muzey yaratmaq fəlsəfəsi dünyada geniş yayılıb. Ora Bakıxanovun özünə məxsus əşyaları yığmaqla, onun sözlərini divara yazmaqla muzey yaratmaq olmaz.

Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi də eyni vəziyyətdədir. O muzeydə nümayiş etdirmək üçün nə var ki?! Köhnə yazı stoluna qələm və vərəq qoymaqla muzey olur? Müşfiqin muzeyi əslində 30-cu illərin ab-havasını özündə əks etdirməlidir.

Repressiya qurbanları, Müşfiqin əlaqəsi olduğu adamlar, dostları və o vaxtın ədəbi mühiti muzeydə əks olunmalıdır. Mən bunun nümunələrini görmüşəm. Almaniyada Yohann Volfqanq Götenin muzeyində olmuşam. Orada təkcə Götenin öz yaradıcılığı, ona məxsus olan əşyalar nümayiş etdirilmir, o dövrdə yazıçının bağlı olduğu rəssamlar, sənətkarlar, ona təsir edib duyğulandıran mühit göstərilir. Bakıxanov çox geniş əhatəsi olan bir adam olub. Çar ordusunda xidmət edib, Peterburqda, Varşavada yaşayıb. Aleksandr Puşkinin ailəsi ilə yaxın olub. Onun haqqında oxuyanda nə qədər geniş çevrəsinin olduğunu görmək olur. Muzey əslində Bakıxanovların çevrəsini, Bakı və Quba mühitindəki həyatlarını yığcam formada əks etdirməlidir.

Bakıxanov xan oğlu olub. Onun muzeyini niyə köhnə binada saxlayırlar? Ona yaraşan bir bina tapılmadı? Mən Tatarıstanda Abdulla Tuqayın ev muzeyində olmuşam. O, 24 yaşında ölüb. Bu yaşda adamın nə irsi qala bilər ki? Amma ona 3 mərtəbəli bina ayrılıb və orada yaşadığı mühit göstərilib.

Səməd Vurğunun və Rəsul Rzanın ev muzeyi normaldır. Ancaq Bakıxanov və Müşfiqin muzeyinin vəziyyəti məni çox kədərləndirdi. Mədəniyyət Nazirliyi bu işlərə diqqət ayırmalıdır”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, muzeyin mövcud vəziyyəti barədə Nazirlik məlumatlıdır. Bakıxanovlar nəslinin nümayəndələri tərəfindən də qeyd olunan problemə dair Nazirliyə müraciətlər olunub:

“Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq muzeylərin cari və əsaslı təmiri, ekspozisiyasının bədii tərtibatı, maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər aparılır.

Bakıxanovun ev-muzeyində təmir-bərpa işlərinin aparılması, o cümlədən muzey ekspozisiyasının müasir standartlara uyğun yenidən qurulması məsələsinə regionlarda muzey müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey işinin təşkili istiqamətində aparılan islahatlar çərçivəsində baxılacaq”. /Musavat.com

 


23-01-2026, 15:43 28

Digər xəbərlər

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 12:13
Dünən, 21:53
Dünən, 21:48
Dünən, 12:44
Dünən, 12:20
Dünən, 12:11
Dünən, 11:51
Dünən, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1040