Sumqayıtda taksi tapmaq çətinləşə bilər? – Sürücülərlə bağlı yeni tələb narahatlıq yaradır

 
Son günlər taksi fəaliyyəti ilə bağlı tətbiq edilən yeni tələblər Sumqayıt şəhərində də müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, taksi sürücüləri buraxılış kartını hansı ərazi üzrə alıblarsa, yalnız həmin ərazi daxilində fəaliyyət göstərə bilərlər.

Məsələ ilə bağlı taksi sürücülərinin bir qismi bildirir ki, bu yanaşma təklif və tələb arasında uyğunsuzluq yarada, nəticədə sərnişinlərin taksi tapmasında çətinliklərə səbəb ola bilər. Digər sürücülər isə hələlik belə bir qaydanın praktikada tam tətbiq olunmadığını deyirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, taksi fəaliyyəti buraxılış kartında göstərilən ərazi hüdudları daxilində həyata keçirilməlidir. Qanunvericiliyə əsasən, bu tələbin pozulması 50 manat məbləğində inzibati cərimə ilə nəticələnir.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədovun bizim.media-ya bildirdiyinə görə, bu yanaşma Sumqayıt kimi iri şəhərlərdə müəyyən çətinliklər yarada bilər. Ekspert qeyd edir ki, bəzi ərazilərdə taksi sayı tələbi qarşılamaya bilər, digər ərazilərdə isə təklif çox, tələb az ola bilər ki, bu da həm sürücülər, həm də sərnişinlər üçün əlverişsiz vəziyyət yaradır.

Qeyd edək ki, taksi xidmətlərindən aktiv istifadə əsasən Bakı ilə yanaşı Sumqayıt və Gəncə şəhərlərində müşahidə olunur. Bu baxımdan tətbiq edilən tələblərin Sumqayıtda taksi bazarına təsiri mütəxəssislər tərəfindən izlənilməli və vəziyyətə uyğun tənzimləmələr aparılmalıdır.


23-01-2026, 15:55 158

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102