Sumqayıtda buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı il üzrə buraxılış və qəbul imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Sumqayıt şəhərində təhsil alan şagird və abituriyentlər üçün də imtahan cədvəli müəyyənləşib.

Sumqayit.tv xəbər verir ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. DİM-in məlumatına görə, Sumqayıt şəhərində yerləşən məktəblərin şagirdləri hərəkət intensivliyinin azaldılması məqsədilə imtahanı iki günə bölünməklə – I və II hissə üzrə verəcəklər.

Bildirilib ki, Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları buraxılış imtahanını martın 9-da verəcəklər. İmtahana buraxılış vərəqələri isə hər imtahan günündən 5 gün əvvəl DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları isə ölkə üzrə üç zona olmaqla 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. Bu imtahanlar üzrə zonalara daxil olan şəhər və rayonların siyahısı imtahandan bir ay əvvəl açıqlanacaq.

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən Sumqayıtlı abituriyentlər üçün qeydiyyat (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi 19 aprel tarixində keçiriləcək.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may–iyun aylarında təşkil olunacaq. Bu mərhələdə iştirak üçün qeydiyyat aprel–may aylarında aparılacaq.

Qeyd edək ki, qəbul və buraxılış imtahanları ilə bağlı digər tarixlər və detallı qrafiklər DİM tərəfindən ayrıca cədvəl formasında təqdim edilib.

Sumqayit.tv imtahanlarla bağlı yenilikləri diqqətdə saxlayaraq oxuculara operativ şəkildə çatdıracaq.


22-01-2026, 12:30 330

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086