
Sumqayıt şəhərində sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə səki təmiri işləri davam etdirilir.
Sumqayit.tv xəbər verir ki, hazırda şəhərin Ağa Quliyev küçəsində, 4-cü mikrorayon ərazisində yerləşən səkilərdə əsaslı təmir işləri aparılır. İcra olunan işlər çərçivəsində köhnəlmiş və yararsız vəziyyətdə olan səki örtüyü sökülərək yerinə müasir standartlara cavab verən yeni səki daşları döşənir.
Təmirdən sonra ərazidə piyadalar üçün daha rahat və təhlükəsiz hərəkət imkanları yaradılacaq, eyni zamanda küçənin ümumi estetik görünüşü də yaxşılaşdırılacaq.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, səki təmiri işləri mərhələli şəkildə şəhərin digər küçə və məhəllələrini də əhatə edəcək. Qeyd olunub ki, işlər zamanı sakinlərin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.



22-01-2026, 22:57
40