“Stansiya Sumqayıt” sakinlərinin səsini dinləyən deputat, problemlə yerində tanış oldu - FOTO

 

Bu gün Milli Məclisin deputatı Elnarə Akimova "Stansiya Sumqayıt" Dəmiryolunun "Yük Həyəti" adlanan ərazisinin sakinləri ilə görüş keçirib.

Sumqayıt.tv xəbər verir ki, görüş saytımızda 15 yanvar tarixində dərc olunan “Sumqayıtda 6 mindən çox sakinin yaşadığı ərazi kanalizasiya böhranı ilə üz-üzədir” sərlövhəli yazıdan sonra baş verib.

Daxil olan şikayətdə bildirilirdi ki, sözügedən ərazidə uzun illərdir həllini tapmayan kanalizasiya problemi mövcuddur. Sakinlər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara rəsmi və qeyri-rəsmi müraciətlər ünvanlasalar da, problem həllini tapmayıb. Vəziyyətin kritik həddə çatması səbəbindən bəzi ailələr qış aylarında yaşadıqları mənzilləri tərk edərək kirayə evlərə köçmək məcburiyyətində qalıblar. 
Yazı Sumqayit.tv-də dərc olunduqdan dərhal sonra sakinlər redaksiyamıza bildirdilər ki, ərazinin deputatı Elnarə Akimovanın köməkçisi dərhal onlarla əlaqə saxlayıb və deputatın onlarla görüşmək istədiyini bildirib. 

Bu gün isə məlumat aldıq ki, ərazi üzrə Milli Məclisin deputatı Elnarə Akimova yaranmış vəziyyəti yerində müşahidə edib, su basmış sahələrə baxış keçirib və sakinlərin şikayətlərini dinləyib. Görüş zamanı sakinlər əraziyə rəsmi yaşayış statusunun verilməsini, həmçinin kanalizasiya xəttinin çəkilməsi ilə bağlı problemləri diqqətə çatdırılmasını deputatdan xahiş ediblər. 

Milli Məclisin deputatı Elnarə Akimova öz növbəsində seçicilərinə bildirib ki, səlahiyyətləri çərçivəsində problemin həllinə nail olmağa çalışacaq.

Müəllif: Sumqayit.tv



 

 

 

 

 

 


 


 


 


 


22-01-2026, 16:48 521

Digər xəbərlər

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 12:13
Dünən, 21:53
Dünən, 21:48
Dünən, 12:44
Dünən, 12:20
Dünən, 12:11
Dünən, 11:51
Dünən, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1040