Şikayət: Sumqayıtda qadın hər səhər “zəlzələ” qorxusu ilə oyanır - VİDEO

 

Sumqayıt şəhəri Zeynəlabdin Tağıyev qəsəbəsində yaşayan sakin yolun yararsız vəziyyətə düşməsi və marşrut avtobuslarının yaratdığı təhlükə ilə bağlı ciddi narahatlıq keçirir.

Sumqayit.tv-yə daxil olan şikayətə əsasən, qəsəbə sakini Aliyə Hümmətova bildirib ki, ötən ilin oktyabr ayından etibarən Ç.Qurbanov küçəsində, 6 nömrəli məktəbə gedən yolun market qarşısından keçən hissəsində asfalt örtüyü tamamilə dağılıb və yolun ortasında dərin çuxur yaranıb. Sözügedən ərazidən Sumqayıt şəhəri üzrə 30 nömrəli marşrut avtobusları mütəmadi olaraq yüksək sürətlə hərəkət edir.

Sakin qeyd edir ki, 1970-ci ildən həmin ərazidə yaşayır və burada onun kimi çoxsaylı insanlar vaxtı keçmiş, köhnə evlərdə məskunlaşıb. Adıçəkilən ərazi həm məktəblilərin istifadə etdiyi piyada yolu, həm də yaşayış evlərinin sıx yerləşdiyi ərazidir. Avtobuslar sürətlə çuxura düşdükdə isə evlərdə güclü titrəyiş yaranır:

“Səhərlər avtobus keçəndə evdə qab-qaşıq cingildəyir, döşəmə titrəyir. Elə bil zəlzələ olur. Evdə yatanlar qorxu ilə oyanır”.

Şikayətdə bildirilir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara, o cümlədən ərazinin hərbi hissəyə məxsus olması səbəbindən 1 nömrəli Mənzil İstismar Hissəsinə (MİH) müraciət edilsə də, indiyədək real tədbir görülməyib. Həmçinin marşrut xəttinin dispetçeri ilə əlaqə saxlanılıb, sürücülərdən həmin ərazidən daha asta keçmələri xahiş olunub. Lakin sakin bildirir ki, bu müraciətlər də nəticəsiz qalıb.

Onun sözlərinə görə, bu gün səhər saatlarında vəziyyət daha da pisləşib:

“Saat 6:05-dən avtobuslar yatmağa qoymayıb. Səhər evin titrəməsinə oyanmışam. Bu gün sürücülər sanki bilərəkdən daha sürətlə çuxura düşürlər. Əsəbdən gözümə yuxu getmədi, sabah işə yenə də dincəlmədən getməliyəm”.

Sakin artıq təkcə yolun vəziyyətindən deyil, sürücülərin və dispetçerin məsuliyyətsiz davranışından da şikayətçidir. Bildirilir ki, sürücülərə dəfələrlə sakit şəkildə xəbərdarlıq edilsə də, bu, əks effekt verib. Bu səbəbdən şikayətini daha yuxarı instansiyaya daşımaq qərarına gəlib və “Sumqayıt Nəqliyyat” MMC-yə müraciət etmək istəyib. Lakin Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi saytında “Sumqayıt Nəqliyyat” MMC-yə aid olduğu göstərilən dispetçer nömrəsinə zəng etdikdə, qarşı tərəfdən həmin nömrənin şəxsi olduğu bildirilib. Bu barədə A.Hümmətova məlumat verib.

Şikayətdə diqqət çəkən daha bir məqam isə ondan ibarətdir ki, sözügedən marşrut xəttində fəaliyyət göstərən avtobusların hamısı yeni nəqliyyat vasitələridir. Yolun bu vəziyyətdə qalması təkcə sakinlər üçün deyil, eyni zamanda ictimai nəqliyyat üçün də ciddi risk yaradır. Dağılmış asfalt və dərin çuxurlar avtobusların texniki hissələrinin vaxtından əvvəl sıradan çıxmasına, dövlət vəsaiti hesabına alınmış nəqliyyat vasitələrinin istismar müddəti bitməmiş yararsız hala düşməsinə səbəb ola bilər.

Sakin bildirir ki, məsələ həllini tapmasa, daha yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalacaq.

Sumqayit.tv olaraq məsələni diqqətdə saxlayır, aidiyyəti qurumların, o cümlədən adıçəkilən strukturların mövqeyini işıqlandırmağa hazırıq.

Video link: (8)Sumqayıt TV Official (@sumqayittvofficial) | TikTok


19-01-2026, 16:33 164

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102