Lənkəranın Havzava kəndində baş vermiş silahlı insident zamanı qətlə yetirilən şəxslərin adları məlum olub.Sumqayit.tv "Report"-a istinadən xəbər verir ki, kənd sakini Seymur Sərraf oğlu Şirinov aralarında yaranan münaqişə zəminində əmisi oğlu Elmar Sərdar oğlu Fərəcova və bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevə öv tüfəngindən atəş açaraq qətlə yetirib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.