Coca-Cola və “Azərsun”un anbarları ərazini bataqlığa çevirib-- Sakinlər yardım istəyir /VİDEO

 

Sumqayıt şəhərinin girişinə yaxın, sakinlərin “Meronun arxası” kimi tanıdığı yaşayış massivində vəziyyət artıq dözülməz həddə çatıb.

Sunqayit.tv bildirir ki, təxminən 700-dən çox fərdi yaşayış evinin yerləşdiyi, ümumi uzunluğu 1 kilometrə yaxın olan bu ərazidə insanlar illərdir ən vacib kommunal problemlərdən biri – kanalizasiya sisteminin olmaması ilə üz-üzədir.

Sakinlərin sözlərinə görə, son 8 il ərzində dəfələrlə kanalizasiya xəttinin çəkiləcəyi vəd edilsə də, bu vədlər kağız üzərində qalıb. Bu ilin mart ayından etibarən davam edən intensiv yağışlar isə problemi daha da kəskinləşdirib. Hazırda küçələr, həyətlər və ətraf ərazilər su altında qalıb, yaşayış massivi faktiki olaraq bataqlığa çevrilib.

Vəziyyəti ağırlaşdıran əsas səbəblərdən biri də ərazinin sonunda yerləşən “Coca Cola” və “Azərsun”un anbarı, həmçinin stəkan istehsalı sexinin tullantı və texniki sularını nasoslar vasitəsilə boş sahələrə axıtmasıdır. Kanalizasiya sisteminin olmaması səbəbindən həmin sular yağış suları ilə qarışaraq ərazidə böyük gölməçələr və bataqlıq sahələri yaradıb və torpaq sudan doyub.

Nəticədə sakinlər yalnız hərəkət çətinliyi ilə deyil, həm də ciddi sanitariya problemləri ilə üzləşiblər. Qurbağa və ağcaqanadların sürətlə çoxalması insanların gündəlik həyatını iflic edib. Xüsusilə uşaqlar, yaşlılar və xəstə insanlar üçün vəziyyət ciddi narahatlıq doğurur.

Ən acınacaqlı məqam isə odur ki, yüzlərlə ailənin yaşadığı bu ərazinin problemi illərdir həllini tapmır. Aidiyyəti qurumlar verilən vədlərin arxasında dayanmalı, kanalizasiya infrastrukturunun qurulması və ərazidə yığılan suların təxirəsalınmaz şəkildə kənarlaşdırılması üçün konkret tədbirlər görməlidirlər.

Sakinlər aidiyyəti qurumların nəhayət bu vəziyyətə biganə qalmayacağına ümid edirlər. Bu gün suyun içində qalan insanlar yalnız bir sual verir: 700-dən çox ailənin yaşadığı ərazi daha neçə il kanalizasiyasız və baxımsız qalmalıdır?

Problemin miqyasını əks etdirən görüntünü təqdim edirik.

/Azpost.info


25-05-2026, 14:17 166

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086