Bakıda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Sumqayit.tv-in məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində 2017-ci il təvəllüdlü Şükürova İnci Emin qızı yolu keçərkən motosiklet onu vurub.
Yaralı təcili tibbi yardımın koməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.