SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

 

Türkiyə Sənayeçi İş Qadınları və İş Adamları Konfederasiyasının (SANKON) Azərbaycan nümayəndəliyində yeni kadr təyinatı həyata keçirilib.
Sumqayit.tv xəbər verir ki, Geodeziya mühəndisi və sahibkar Vüqar Arazov nümayəndəlikdə müavin vəzifəsinə qəbul olunub.

Beynalxalq sertifiaktlı mühəndis olan V.Arazov uzun illərdir ki, Azərbaycanın mühəndislik və geodeziya sektorunda fəaliyyət göstərir. O, hazırda Azərbaycan Geodeziya və Geomatika Mühəndislər İctimai Birliyinin icraçı direktoru, FİG - Beynəlxalq Geodeziya Federasiyasının Azərbaycan nümayəndəsi, eləcə də "Coordinat Group" MMC-nin təsisçisi kimi fəaliyyətini davam etdirir.

Yeni təyinatın əsas məqsədi Türkiyə və Azərbaycan arasında iqtisadi, sənaye və mühəndislik sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, iş adamları arasında əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin inkişafına töhfə verməkdir.

SANKON Azərbaycan nümayəndəliyi Vüqar Arazovun peşəkar təcrübəsinin və beynəlxaq əlaqələrinin qurumun fəaliyyətinə mühüm töhfə verəcəyinə inanır. Onun xüsusilə tikinti, infrastruktur, geodeziya və sənaye sahələrindəki fəaliyyəti gələcək əməkdaşlıq layihələri baxımından əhəmiyyətli hesab olunur.

Qeyd edək ki, SANKON Türkiyə və Azərbaycan arasında biznes əlaqələrinin inkişafı, sahibkarların beynəlxalq platformalarda təmsil olunması və iqtisadi tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərən nüfuzlu təşkilatlardan biridir.


30-05-2026, 18:20 123

Digər xəbərlər

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

"Sumqayıt"ın yeni məşqçisi böyük hədəf açıqladı

Müəllimlərə süni intellektdən istifadə öyrədiləcək

Sumqayıtlı magistr MİQ-də 85 bal topladı: "Nəticəmi 68,5-dən 85-ə yüksəltdim"

Sumqayıtda mərasim evi GƏRGİNLİYİ: Sakinlər ayağa qalxdı, sahibindən mübahisəli açıqlama

İlham Əliyev Ərdoğana başsağlığı məktubu göndərdi: "15 İyul qəhrəmanlıq dastanıdır"

Sumqayıtlı gənc Rusiya-Ukrayna müharibəsində həlak olub

Şəhid Kənan Allahverdiyev adına küçəni zibil basıb – Sakinlər kömək istəyir-VİDEO

Toyuq tükü qalmaqalı: AQTA kolbasa istehsalını dayandırdı-FOTO

İyulun 15-də Abşeron və Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

65 illik ömrünə Vətən sevgisi ilə yazılan həyat yolu-FOTOLAR

Qayınatasını bıçaqlayaraq öldürən şəxsə Sumqayıtda hökm oxundu

Deputat Elnarə Akimova, şəhid general-mayor Polad Həşimovun ailəsini ziyarət edib-FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1081
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
13-07-2026, 19:14
13-07-2026, 17:53
13-07-2026, 17:51
13-07-2026, 16:50
13-07-2026, 16:17
13-07-2026, 16:17
13-07-2026, 16:15
13-07-2026, 16:07
13-07-2026, 16:05
13-07-2026, 15:59
13-07-2026, 15:49
13-07-2026, 15:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1081