Üç ölkənin kəşfiyyatına işləyən nazir müavini – Stalin ona veriləcək cəzanı bir sözlə ifadə edib: “Güllələyin...”

 

SSRİ-yə hücumdan əvvəl Adolf Hitler nasist rəhbərləri qarşısında planlarını açıqlayarkən Leninqradla bağlı xüsusi göstərişlərini verib. Belə ki, fürerin ürəyindən Leninqraddakı “Astopiya” mehmanxanasının eyvanından qələbə münasibətilə çıxış etmək də keçib:
-Hərbi birləşmələrin rəhbərlərinə xəbərdarlıq edirəm. Leninqradda keçiriləcək hərbi əməliyyatlar zamanı “Astoriya” mehmanxanasına bomba atılmamalı, mehmanxana binası qüvvələrimiz tərəfindən qorunmalı və mühafizə olunmalıdır. Mən məhz bu mehmanxananın eyvanından tarixi qələbə nitqimi söyləyəcəyəm...
gallery!0bl2.jpg (128 KB)
Müşavirə iştirakçıları arasında fürerin bu təklifini ilk alqışlayan Yozef Göbbels olub:
-Mənim fürerim, sizin zövqünüzün zənginliyini sözlə ifadə etmək mümkün deyil. Bu mehmanxanadan qələbə nitqinin möhtəmşəmliyini mən artıq təsəvvür edirəm.
Elə Hitlerin Leninqraddakı çıxışının mətnini də Göbbels əvvəlcədən hazırlayıb. Amma həmin mətn Hitlerin iş kabinetindən kənara çıxmayıb, fürerin arzusu ürəyində qalıb.
Leninqradın işğalı əvvəlcə hərbi əməliyyatlar keçirməklə planlaşdırılsa da, sonradan bu plan dəyişib. Şəhərdə canlı qüvvə və hərbi texnika itkisi verməmək üçün fürer Leninqradı mühasirəyə almağı, əhalini soyuqdan və aclıqdan öldürərək hədəfi daha asanlıqla ələ keçirməyi düşünüb və əsas qüvvələrini Moskva istiqamətinə yönəldib. Fürerin bu planı da baş tutmayıb. 872 gün davam edən Leninqrad mühasirəsi 1943-cü ilin 25-27 yanvar tarixində sovet qoşunlarının irimiqyaslı əməliyyatı nəticəsində yarılıb.

455403FE-91EA-4ABE-8D29-3862282EC56B_cx0_cy9_cw0_w1023_r1_s.jpg (185 KB)
Leninqradın mühasirədən çıxması üçün hərbi əməliyyat planı Stalinin hərbi stavkasında 1943-cü ilin yanvar ayının 13-də hazırlanıb. Əməliyyata iki ordu birləşməsinin şəxsi heyəti cəlb olunub ki, onlardan birinə general-leytenant Qovorov, digərinə ordu generalı Meretskov rəhbərlik edib. Hər iki ordunun koordinasiyasını və bütövlükdə əməliyyata rəhbərliyi isə Georgi Jukov həyata keçirib. Şəhərin mühasirədən tam xilas olmasına bir il vaxt sərf olunub. Gərgin və davamlı hərbi əməliyyatlardan sonra 1944-cü ilin yanvarın 27-də Leninqrad mühasirədən çıxıb.
Hitlerin “Astoriya”nın eyvanından qələbə nitqi arzusu haqqında sovet rəhbərləri də məlumatlı olublar. O cümlədən Jukov da fürerin bu istəyindən xəbərdar olub.
Leninqrad mühasirədən xilas olanda və sovet qoşunlarının tam nəzarətinə keçəndə Jukov Stalinlə rabitə əlaqəsinə girib:
-Yoldaş Stalin, icazə verin məruzə edim.
Stalin məruzədən əvvəl Jukovdan soruşub:
-Siz mənə haradan zəng vurursunuz?
-Leninqrad şəhərindən.
-Mən bunu bilirəm. Amma Leninqrad böyükdür, şəhərin hansı hissəsindəsiniz?
-Yoldaş Stalin, hazırda “Astoriya” mehmanxanasındayam. Yorğunluğumu çıxarmaq üçün Hitlerin qələbə nitqi söyləmək istədiyi eyvanda rus samovarı qaynadıram.
-Mən sizi təbrik edirəm, Georgi Kanstantinoviç, məruzəyə ehtiyac yoxdur.
Beləliklə, fürerin “Astoriya” arzusu reallaşmayıb.
Qeyd edək ki, “Astoriya” mehmanxanası iki il ərzində, 1911-1912-ci illərdə inşa edilib. Binanın arxitektoru İsveç əsilli Fyodor Lidval olub. Altı mərtəbədən ibarət olan mehmanxana mövcud dövr üçün Avropada ən prestijli mehmanxanalardan biri sayılıb. Bina neoklassik və modern üslubların vəhdəti üzərində inşa edilib. Binada 350 nömrə, restoran, bar, qış bağı, kitabxana, müşavirə və görüş zalları şirniyyat sexləri, gözəllik salonları və s. fəaliyyət göstərib.
e18d35e7cc630053c81e95b9d390ebd5.jpeg (128 KB)
“Astoriya” mehmanxanasının açılışı 23 dekabr 1912-ci olub. Dörd ildən sonra, 1916-cı ildə yerli hakimiyyət tərəfindən “Astoriya” ümumi mehmanxana kimi fəaliyyətini dayandırıb və hərbi təyinatlı bina kimi istifadə edilib.
Oktyabr inqilabından sonra “Astoriya”nın təyinatı yenidən dəyişərək “Petroqrad Sovetinin 1-ci evi” kimi istifadə olunub. Nəhayət, 1929-cu ildə “Astoriya” mehmanxana kimi fəaliyyət göstərib.
Sovet-alman müharibəsi zamanı 926 saylı hərbi hospital mehmanxana binasında yerləşdirilib və “Astoriya” müharibənin sonuna kimi mehmanxana fəaliyyətini dayandırıb.
754853499447667.png (1000 KB)
“Astoriya” mehmanxanası zaman-zaman bərpa və yenidənqurma işlərindən sonra yenidən əvvəlki statusuna qayıdaraq, şimal paytaxtının ən prestijli mehmanxanalarında birinə çevrilib.
Musavat.com

27-10-2023, 09:30 119

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903