Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Turan Partiyasının sədri, siyasətçi Cahandar Bayoğlu Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barədə Sumqayit.tv-yə geniş və səs-küylü açıqlama verib. O, Mehdiyevin illər ərzində Azərbaycanın daxilində “paralel dövlət” tipli bir sistem qurduğunu və bu sistemin bu gün də fəaliyyət göstərdiyini iddia edib.
Bayoğlu bildirib ki, Mehdiyev məsələsi tək bir şəxsin davranışı ilə izah oluna bilməz — bu, “bir neçə dövlətin Azərbaycanda formalaşdırdığı klanlar sistemidir”:
“Ramiz Mehdiyevin məsələsi sıradan bir məsələ deyil. Burada bir şəxsin qurduğu təşkilatdan söhbət getmir. Burada bir neçə dövlətin Azərbaycanda yaratdığı klanlardan, Ramiz Mehdiyevin başına gətirildiyi sistemdən danışırıq. O, Moskvanın sadiq qulluqçusu kimi bütün tapşırıqları yerinə yetirib.”

“Paralel dövlətin kökü əsarət dövrünə gedir”

Cahandar Bayoğlunun sözlərinə görə, bu sistemin tarixi kökləri hələ çar Rusiyası dövrünə qədər uzanır:
“Azərbaycan torpaqları işğal olunduğu gündən bəri xalqın iradəsini qırmaq, onu bölmək üçün gizli strukturlar yaradılıb. Sovet dövründə bu mexanizm daha da möhkəmləndirildi, müstəqillik illərində isə fərqli adlarla davam etdirildi.”
Siyasətçi əlavə edib ki, bu mexanizm təkcə siyasi deyil, iqtisadi və ideoloji təsir mərkəzləri üzərindən də idarə olunub.

“Qərb, Rusiya və İran – bir məqsədlə hərəkət edib”

Bayoğlunun iddiasına görə, Ramiz Mehdiyev eyni anda bir neçə güc mərkəzinə xidmət edib:
“Ramiz Mehdiyev təkcə rusların adamı deyildi. O, həm Qərb, həm İran, həm də Moskva xətti ilə hərəkət edən bir sima idi. Azərbaycanda FETÖ və Soros kimi qurumların kök salmasına şərait yaradıldı, bütün bu proseslər də Ramiz Mehdiyevin nəzarətində aparılırdı.”
Onun sözlərinə görə, bu qurumların əsas məqsədi Azərbaycanın daxili sabitliyini pozmaq və müstəqilliyini zəiflətmək olub.

“Meto – FETÖ-dən daha təhlükəlidir”

Bayoğlu Mehdiyev sistemini “Meto” adlandıraraq onu FETÖ ilə müqayisə edib:
“Necə ki, Amerikada FETÖ var, Azərbaycanda da onun bənzəri – ‘Meto’ var. Fərq ondadır ki, FETÖ-nü Amerika idarə edirdi, Meto isə eyni anda Rusiya, Qərb və Tehran tərəfindən idarə olunurdu. Buna görə də ‘Meto’ daha təhlükəlidir.”

“Türkiyə-Azərbaycan birliyini sarsıtmaq istədilər”

Cahandar Bayoğlunun fikrincə, bu strukturun əsas hədəflərindən biri də Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq olub:
“Onlar yaxşı bilirdilər ki, Azərbaycan Türkiyə ilə bir yerdə olduqda onu heç bir güc sarsıda bilməz. Buna görə illərlə iki ölkə arasında süni soyuqluq yaratmaq üçün çalışıblar. Türk birliyinə qarşı olan qüvvələr hər zaman bu münasibətlərdən qorxublar.”

“Ramiz Mehdiyev getdi, amma sistemi qalır”

Siyasətçi hesab edir ki, Mehdiyev artıq yaşlı olsa da, onun illərlə qurduğu sistem hələ də fəaliyyət göstərir:
“Ramiz Mehdiyev indi 87 yaşındadır, amma onun qurduğu sistem hələ də yaşayır. Onu idarə edənlər, onunla birgə hərəkət edənlər dövlətin müxtəlif sahələrinə sızmış vəziyyətdədir. Bu quruluş ifşa olunmadan Azərbaycan tam müstəqil ola bilməz.”

“Susmaqla Mehdiyevin yanında olduqlarını göstərdilər

Cahandar Bayoğlu sonda ölkənin siyasi elitasına və ictimai qurumlara da sərt mesaj göndərib:
“Ramiz Mehdiyevin əməllərinə susan millət vəkilləri, nazirlər, məmurlar, media quruluşları və siyasətçilər var. Onlar susmaqla əslində ağalarının yanında olduqlarını göstərdilər. Bu səssizlik Ramiz Mehdiyevə dəstək, xalqın isə aldanması deməkdir. Kim onun haqqında danışmırsa, bilin ki, o, hələ də Mehdiyevin sisteminə xidmət edir.”

Sonda Cahandar Bayoğlu Azərbaycanın gələcəyi üçün bu məsələnin şəffaf istintaq və cəsarətli media araşdırmaları ilə üzə çıxarılmasının vacibliyini vurğulayıb:
“Bu artıq bir siyasət deyil, milli təhlükəsizlik məsələsidir. Azərbaycan xalqı gerçəkləri bilməlidir.”

22-10-2025, 13:53 326

Digər xəbərlər

Meydan Hərəkatı və Sumqayıt hadisələri: Şair və qiraətçilərin KQB qarşısında dedikləri – ARXİV

Sumqayıt bələdiyyəsinin keçmiş rəhbəri barədə rüşvət işi üzrə yekun məhkəmə qərarı

Sumqayıt–Novxanı magistralında 4 can alan qəza: iş adamına amnistiya tətbiq olundu - FOTO

Səbinə Salmanova: "Prezidentin yeni sərəncamı şəhər mühitinin keyfiyyətcə yenilənməsinə xidmət edir"

Sumqayıtın bu hissəsində qaz olmayacaq

Rəqəmsal asılılıq səssiz təhlükədir: Valideynlər nə etməlidir? - VİDEO

Sumqayıt–Bakı nəqliyyat xətti genişlənir- EKSKLÜZİV

Diana Sumqayıtda qutab yeyərkən

Sumqayıt - Bakı istiqamətdə hərəkət çətinləşib

Sumqayıta gedən avtobuslarda artıq kartla və telefonla ödəniş etmək olar

Rusiya-Ukrayna müharibəsində Sumqayıtlı itkin düşüb - FOTO

“Stansiya Sumqayıt” ərazisində şəhid Kənan Allahverdiyev küçəsinin yolları yararsızdır - VİDEO

AQTA Sumqayıtda "dəvə qutabı" satan bu obyektlərdə reyd keçirdi - VİDEO

Sumqayıtda hündürlükdən yıxılan qız ölüb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ziyanla nəticələnib

“Sumqayıtda avtobusu necə istəyirlər, elə də sürürlər, nəzarət yoxdur” - ŞİKAYƏT

Meyxana aləminə ağır itki

Sumqayıtda və Bakıda internet şikayətləri diqqət mərkəzində

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Corat qəsəbəsində sakinlərlə görüşüb - FOTO

Bankların gecikməyə görə faiz borcundan faiz pulu tutması qanunidir? (VİDEO)

1 2 3 4 5 6 7 8 9 10 ... 999
Bu gün, 16:25
Bu gün, 16:19
Bu gün, 16:13
Bu gün, 14:44
Bu gün, 12:10
Bu gün, 11:37
Bu gün, 11:27
Bu gün, 09:00
Bu gün, 08:36
20-12-2025, 15:23
20-12-2025, 15:20
19-12-2025, 20:22
19-12-2025, 19:53
19-12-2025, 19:13
19-12-2025, 18:05
19-12-2025, 17:24
19-12-2025, 16:31
19-12-2025, 16:23
19-12-2025, 15:49
19-12-2025, 15:09
19-12-2025, 14:14
19-12-2025, 14:00
19-12-2025, 13:20
19-12-2025, 13:09
18-12-2025, 22:13
18-12-2025, 20:01
18-12-2025, 17:54
18-12-2025, 15:41
18-12-2025, 15:21
18-12-2025, 11:36
18-12-2025, 11:29
18-12-2025, 11:25
18-12-2025, 11:23
18-12-2025, 10:03
18-12-2025, 09:39
17-12-2025, 22:52
17-12-2025, 18:32
17-12-2025, 17:15
17-12-2025, 14:58
16-12-2025, 20:56
1 2 3 4 5 6 7 8 9 10 ... 999