
Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurası 7 oktyabr 2025-ci il tarixində Azərbaycan — Qəbələdə toplaşdı. Zirvə yekun bəyanatından da göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xeyirxah və təqdirəlayiq bir ev sahibliyi etmişdir. Zirvəyə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti cənab Qasım-Cömrət Tokayev, Qırğız Respublikası Prezidenti cənab Sadır Cəparov, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev, Macarıstan Baş Naziri cənab Viktor Orbán, Türkmənistan xalqının milli lideri, Türkmənistan Xalq Məsləhət Şurasının sədri cənab Qurbanqulu Berdimuhamedov, Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş Katibi cənab Kubanıçbek Ömüraliyev, Ağsaqqallar Şurasının üzvləri və Türk əməkdaşlığı təşkilatlarının və qurumlarının rəhbərləri qatılmışdır.
Görüşdə Cənubi Türküstan kimi xarakterizə edə biləcəyimiz Əfqanıstanla bağlı bir maddənin yekun bəyanata daxil edilməsi çox önəmlidir. Bu mövzuda ayrıca bir köşə yazısı yazacağımız üçün əlavə şərhi indilik həmin yazıya saxlayacağıq.
Tacikistan ilə Qırğızıstan arasında sərhəd razılaşmasının əldə olunması və aralarında sülhün təmin edilməsi də məmnunluqverici nəticə kimi qeyd edildi. Tarixi, mədəni, siyasi, ictimai və coğrafi həqiqətlər çərçivəsində Tacikistan Türk Dünyasından ayrı görülməməlidir. Mümkün təhlükələrin aradan qaldırılması və ortaq gələcəyin qurulması məsələlərində Tacikistan əvvəlcə müşahidəçi statusu ilə Türk Dövlətləri Təşkilatına dəvət edilməlidir. Sonradan tam üzvlük də dəyərləndirilə bilər.
Türkmənistan, Şimali Kipr Türk Respublikası və Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi olaraq qatılması zamanı gəlmiş bir addımdır və onların tam üzv olmalarının da vaxtı çatmışdır. Hətta Pakistan, Kosovo, Bosniya və Herseqovina və Albaniyanın müşahidəçi kimi dəvət edilmələrində fayda vardır.
Zirvə çərçivəsində əvvəlki illərdə Prezident Hörmətli Rəcəb Tayyib Ərdoğanın təklifi ilə qəbul olunan, planlaşdırılan və həyata keçirilməsi üçün mənimsənilən “ortaq əlifba”nın qəbul edilməsi də çox mühüm bir hadisədir.
Lakin 1991-ci ildən bəri bir türlü tətbiq edilə bilməyən ortaq təhsil və müfredat artıq həyata keçirilməlidir. Xüsusilə ortaq dil və ortaq tarix mütləq müfredatın tərkibində olmalıdır. Ortaq dil tədrisi və tədrisatını tətbiq edərkən bütün Türk ləhcə və şivələri nəzərə alınmalı, harmanlanmalıdır. Mənşəyi bəlli olmayan və sonradan uydurulmuş söz və ifadələr, eləcə də Latın və Slavyan dillərindən alınmış terminlər əvəzinə Türk ləhçələrindəki qarşılıqları mənimsənilməlidir. Türk dövlətlərindəki yerli ləhcə və şivələr qorunmalıdır.
Türk Dövlətləri üçün ortaq müdafiə sənayesi, ortaq təlimlərlə başlayacaq Türk Dövlətləri müdafiə əməkdaşlığı və Azərbaycan Respublikasının Prezidenti Hörmətli İlham Əliyevin təklifi ilə həyata keçirilən ortaq təlimlər və Türk Dövlətləri ordusu (Turan Ordusu) dünyanın mərkəzində insanlıq və fəzilət nümunəsi olacaqdır. Zirvənin ən mühüm qərarlarından biri kimi bu maddələr də qeyd edildi.
Türk Dövlətləri Təşkilatının Avropa İttifaqı səviyyəsində, hətta ondan da irəli səviyyədə bir birlik halına gəlməsi lazımdır. Bu istiqamətdə mühüm addırlardan biri də “Türk Dünyası vətəndaşlığı”nın olmasıdır. Türk dövlətləri arasında sərbəst keçidlər təmin edilməlidir.
Türk dövlətləri arasında fitnə yarada biləcək bütün məsələlər həm fikir, həm də əməl baxımından aradan qaldırılmalıdır. Məsələn, bu zirvənin ev sahibliyini ən gözəl şəkildə yerinə yetirən Azərbaycan ilə Türkiyə arasında fitnə salmaq məqsədilə uydurulan yalnış şərhlərə və əsassız xəbərlərə yol verilməməlidir. 2015-ci ildə Rusiya təyyarəsinin Suriya üzrə sərhədi pozduğuna görə vurulması ilə başlayan böhran zamanı Azərbaycan şərtsiz şəkildə Türkiyəni dəstəkləmişdir. Daha sonra Xəzər dənizində baş verən sabotaın nəticəsində 30 Azərbaycan türkü şəhid olmuşdur.
Məsələn, İngilis mənşəli bir xəbər mənbəyi “Hamas İsrailə hücum etdikdə Azərbaycanda bayraqların yarıya endirildiyi” barədə yalan xəbər yaymışdır. Yenə Fələstindəki bəzi qrupların Ermənistanda lehinə nümayişlər keçirməsi “Fələstin’in Ermənistana dəstək verdiyi” şəklində eyni dairələr tərəfindən təqdim edilmişdir. Azərbaycan–İsrail ticarət münasibətləri davam etsə də, bu cür yalan xəbərlər düşmənçilik hisslərini və fiillərini qızışdırır. Bu və buna bənzər fitnə mənbələrini aradan qaldırıb, Qəbələ Zirvəsinin ruhuna və mətninə uyğun şəkildə ev sahibi Azərbaycanımızın haqlı davasını bu fürsət vasitəsilə daha geniş müzakirəyə çıxarmaq lazımdır. Azərbaycan və bütün Türk Dünyasının davası olan “Qərbi Azərbaycan məsələsi” davamlı olaraq izah edilməli və başa salınmalıdır.
Türk Dövlətləri Təşkilatının növbəti zirvə yekun bəyanatında “Qərbi Azərbaycan məsələsi” üçün ayrıca maddə/paraqraf açılmasını gözlədiyimizi də bildiririk.
Yeni Prezident fərmanına görə, türk soyundan olanlar artıq Türkiyədə “xarici” sayılmayacaqlar.
Azərbaycandan, Türküstan’dan və digər Türk topluluqlarından gələn şəxslər peşələrini sərbəst icra edə, dövlət və özəl sektorda işləyə biləcəklər. Bu qərar Türk dünyası ilə əlaqələri möhkəmləndirir. Çox mühüm və sevindirici bir qərardır. Hörmətli Prezidentə təşəkkür edirik. Digər Türk dövlətlərinin də oxşar qərarlar qəbul edəcəyinə inanırıq.
250 il əvvəl əhalisinin demək olar ki, hamısı, 200 il əvvəl isə əhalisinin üçdə üçü türk olan bu günkü Ermənistanın tamamı; Qərbi Azərbaycandır. Azərbaycanın bir parçasıdır. Türk diyarıdır. Türk yurddur.
1959-cu ildə keçirilən siyahıyaalma zamanı erməni əhalisinin 1 361 800-ə çatdığı, türk əhalisinin isə 107 700-ə endiyi nəzərə alınarsa, aradan keçən dövrdə türklərə qarşı nə qədər sürgün, zorla köçürmə, zülm və qətliamların tətbiq edildiyi təxmin edilə bilər.
Daha yaxın tarixdə isə 1988–1991-ci illər arasında Qərbi Azərbaycandan türklər zorla köçürülmüşdür. O vaxtlar onlar bütün mal-mülklərini öz vətənlərində qoyub sürgün edilmişlər.
Əvvəla 1987 və 1991-ci illərdə Qərbi Azərbaycandan sürgün edilən 300 min Azərbaycan türkü artıq doğulduqları evlərinə geri dönmək istəyir.
1805-ci ildən etibarən vətənlərindən uzaqlaşdırılan Qərbi Azərbaycan türklərinin təxminən 3 milyonu Türkiyədə yaşayır. Borçalı və Azərbaycanın digər bölgələrindən Türkiyəyə məcburi köç edənləri də nəzərə alsaq, bu əhali sayı 7 milyona çatır.
Qərbi Azərbaycan İcması (Batı Azerbaycan Topluluğu) — Ermənistanın işğalı altındakı 26 vilayət və 300 rayondan ibarət türk yurdda türklərin öz doğma torpaqlarına qayıtması üçün yaradılmışdır. Lakin unutmayaq: Qərbi Azərbaycan yalnız bu ərazilərlə məhdudlaşmır. Ermənistanın işğalı altındakı bütün coğrafiya daxildir.
Biz sülh, ləyaqət və beynəlxalq hüquq çərçivəsində həsrətini çəkdiyimiz doğma yurda qayıtmaq istəyirik.
Qarabağ işğaldan azad edildi. Sırada Qərbi Azərbaycan türklərinin öz vətənlərinə qayıdışı vardır. Unutmayaq ki: “Hər həqiqət bir xəyal ilə başlayır.” Biz xəyallar quracağıq. Gələcəyimizdə çatacağımız məkanı görəcəyik. İnşallah məqsədimizə çatacağıq.
Burada bir neçə məsələni təkrarən təklif etmək istəyirik:
1. Qərbi Azərbaycan yalnız Azərbaycanın deyil, bütün türklərin məsələsidir. Bütün Türk dövlətlərində Qərbi Azərbaycan İcması nümayəndəlikləri açılmalı və fəaliyyətə başlamalıdır.
2. Türk dövlətlərinin parlamentlərində və hökumətləri səviyyəsində Qərbi Azərbaycan məsələsi geniş şəkildə izah edilməlidir.
3. Pakistan başda olmaqla İslam ölkələrində də Qərbi Azərbaycan məsələsi təbliğ edilməli və onların dəstəklərini qazanmaq üçün iş aparılmalıdır.
4. Birləşmiş Millətlər kimi beynəlxalq təşkilatlar qarşısında Qərbi Azərbaycan məsələsi mütəmadi olaraq qaldırılmalıdır.
5. Biz Qərbi Azərbaycanın qan tökülmədən geri dönməsini arzu edirik. Əgər Qərbi Azərbaycan döyüşsüz, qırıqsız geri dönəcəksə, onda hamılıqla lobbi fəaliyyətlərinə və haqlı davamızın dünyaya qəbul etdirilməsi səylərinə böyük önəm verək.
“Sən azad olunca, mənim üçün ölümü yoxdur, əziz vətənim.”
Prof. Dr. Seyit Aydın