Prezidentin medal verdiyi iş adamlarından biri Sumqayıtda zavod qurub

 
Bu gün Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup sahibkara "Tərəqqi" medalı verilməsi barədə sərəncam imzalayıb. Prezidentin təltif etdiyi sahibkarlar arasında xarici ölkə vətəndaşları da yer alıb.
Modern.az xəbər verir ki, "Tərəqqi” medalı ilə təltif edilən şəxslər arasında türk iş adamı Necmeddin Taşbağ və alman sahibkarı Jana Krimpe də var. 
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin idarə heyətinin sədri Necmeddin Taşbağ "Kartaş Kimya" MMC, 2000-ci ildən Azərbaycanda fəaliyyət göstərərək "Mr. Fix” brendi altında tikinti kimyəviləri istehsal edir. Şirkət müasir texnologiyalarla təchiz olunmuş Sumqayıt Kimya Sənaye Parkında yerləşən zavodunda geniş çeşidli məhsullar istehsal edərək daxili bazarı təmin etməklə yanaşı, ixrac imkanlarını da artırmağı hədəfləyir. Şirkətdə 250 nəfər işçinin çalışması planlaşdırılır. İstehsal prosesində yüksək keyfiyyət və ekoloji standartlar ön planda tutulur, bu isə məhsulların müasir texnologiya ilə hazırlanmasını və beynəlxalq standartlara uyğunluğunu təmin edir. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi çərçivəsində fəaliyyət göstərir və bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq istehsal olunur.
"ASAN İmza” mobil elektron imzanın operatoru – "B.EST Solutions Azerbaijan” şirkətinin təsisçisi və rəhbəri Jana Krimpe əslən almandır. J. Krimpenin rəhbəri olduğu B.EST Solutions Azerbaijan ölkədə rəqəmsal texnologiyaların tətbiqi və elektron xidmətlərin inkişafı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət əsasən mobil identifikasiya, elektron imza və rəqəmsal təhlükəsizlik həlləri üzrə ixtisaslaşıb.
Onun ən tanınmış layihəsi olan "Asan İmza" Azərbaycanda geniş istifadə olunur və vətəndaşlar, sahibkarlar, eləcə də dövlət qurumları üçün rəqəmsal identifikasiya vasitəsi kimi çıxış edir. Bu texnologiya elektron xidmətlərə çıxışı asanlaşdırır və sənədlərin məsafədən hüquqi təsdiqini mümkün edir.
B.EST Solutions Azerbaijan dövlət və özəl sektorla əməkdaşlıq çərçivəsində ölkənin rəqəmsal iqtisadiyyatının inkişafına töhfə verir və innovativ həllərin tətbiqi ilə seçilir.

29-04-2026, 10:20 320

Digər xəbərlər

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

Sumqayıtda elektriklə bağlı növbəti şikayət – Sakinlər 7 saatdır işıqsız qaldı

Azərbaycanda ölüm hallarında artım qeydə alınıb

Sumqayıtın bu ərazilərində sabah qaz olmayacaq

Sumqayıtda qalmaqallı qızıl işi: Bəraət hökmündən şikayət verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 1085
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
20-07-2026, 15:53
20-07-2026, 15:21
20-07-2026, 14:43
20-07-2026, 14:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1085