Sumqayıt və Abşeronda torpaq bahalaşır: qiymətlər 40 min manata qədər yüksəldi

Ekspert: bəzi qəsəbələrdə 1 sot torpağın qiyməti 10–30 min manat aralığındadır

Sumqayit.tv BaKU.WS-ə istinadən xəbər verir ki,Bakı və Abşeron yarımadasının qəsəbə və kəndlərində torpaq qiymətlərində artım müşahidə olunur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, hazırda bəzi ərazilərdə bir sot torpağın qiyməti 10–15 min manatdan başlayır və yerləşmədən asılı olaraq 20–25 min manata qədər yüksəlir.

Onun açıqlamasına əsasən, Saray qəsəbəsində qiymətlər təxminən 20 min manat, Sulutəpədə 20–30 min manat, Xocəsəndə isə 10–15 min manat aralığındadır. Binədə 15–17 min manat, Ramana ərazisində 8–12 min manat, Zirədə isə 6–10 min manat civarında dəyişir.

Digər ərazilərdə də artım tendensiyası müşahidə olunur. Digah qəsəbəsində 6–8 min manat, Məhəmmədidə 10–20 min manat, Mehdiabadda isə 15–25 min manat aralığında torpaq qiymətləri qeydə alınır.

Sumqayıtda isə torpaq sahələrinin 15–40 min manat aralığında dəyişdiyi bildirilir. Xırdalanda bu rəqəm 15–30 min manat təşkil edir, Kənd Əhmədli və Hövsan kimi ərazilərdə isə qiymətlər daha yüksək səviyyəyə çatır.

Ekspertlərin fikrincə, Bakı Baş Planı 2040 çərçivəsində aparılan abadlıq və söküntü işləri davam etdikcə torpaq qiymətlərində artım tendensiyası davam edəcək.

 


30-04-2026, 13:28 526

Digər xəbərlər

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1102