
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin 17-ci mikrorayonunda sakinlərlə səyyar qəbul keçirib.
Sumqayit.tv xəbər veir ki, görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan problemlər əsasən kommunal xidmətlər, məşğulluq, sosial təminat və abadlıq sahələrini əhatə edib.
Məlumata görə, səsləndirilən müraciətlər qeydə alınıb, bəzi məsələlərin operativ həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlərin isə nəzarətə götürüldüyü bildirilib.
Səyyar qəbulda icra hakimiyyətinin struktur bölmələrinin əməkdaşları və müvafiq xidmət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, bu cür görüşlərin keçirilməsi vətəndaş müraciətlərinin yerində araşdırılmasına və aidiyyəti qurumlara çatdırılmasına yönəlib.





Bu gün, 15:07
8