
Qərbi Azərbaycan əsilli gənclərimizin uğurları davam edir. Bu dəfə sizə dünya miqyasında böyük nailiyyət əldə etmiş istedadlı gəncimizi təqdim edirik.
Qərbi Azərbaycanın Çəmbərək rayonunun Qaraqaya kəndindən olan Musazadə Fəxri İlqar oğlu, Türkiyə Respublikasında keçirilən xarici tələbələr üçün ali təhsil qəbul imtahanı – TR-YÖS üzrə maksimal 500 bal toplayaraq dünya birincisi olub.
Fəxri Musazadə yalnız bu nəticə ilə kifayətlənməyib. O, riyaziyyat sahəsində keçirilən çoxsaylı beynəlxalq olimpiadalarda qızıl medallara layiq görülüb, həmçinin TYS imtahanı üzrə dünya birinciliyi, SAT və TOEFL imtahanlarında isə yüksək nəticələr əldə edib.
Gənc istedad gələcək təhsilini Türkiyədə davam etdirməyi və tibb ixtisası üzrə mütəxəssis olmağı qarşısına məqsəd qoyub.
Bu cür uğurlar həm ölkəmizin, həm də Qərbi Azərbaycan icmasının gələcəyi üçün böyük ümid və qürur mənbəyidir.
✍️ Məlumatı təqdim etdi: Rəsul Qaraqaya, Sumqayıt.tv üçün

Bu gün, 12:29
103