Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.

Sumqayit.tv xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.

Belə ki, 1954-cü il təvəllüdlü Kərimova Səidə Məhəmməd qızı yaşadığı mənzildə ölü vəziyyətdə aşkar edilib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı müvafiq araşdırmalara başlanılıb./Teleqraf.az