"Naxçıvanlılar siyasət üçün, Qarabağlılar xanəndəlik üçün yaranıb"

Hələ sovet vaxtından tadım Vəzirov Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsinə təyyin edilənə kimi siyasi cəhətdən demək olarkı ölkəni Ramiz Mehdiyev idarə edib. Bunu bizim gəclik illərimizdə məmə yeyəndən pəpə yeyənə kimi hamı bilirdi. Çox uzatmıram, çalışacam olmuş hadisəni qısa xatırladım.


Qarabağ məsələsi yenicə başlamışdı və çox az sayda vicdanlı Azərbaycan gəncləri, tələbələr erməni separatçılarına qarşı Bakıda ayağa qalxmışdılar, onlardanda biri təbii ki, mən idim.

Bizim bir qrupumuz vardı və bu qrup vasirəsi ilə fəhlə və tələbə yataqxanalarını gəzir, xalqı ayağa qaldırmağa çalışırdıq...

Qrupumuzun üzvlərindən tarixçi Ramazan Hüseynov, şərqşünas Badamxanım Raufi,
Borçalı balası Oruc Budaqov sağdılar. Dəmir Gədəbəyli və digər qeyrətli vətən oğulları artıq həyatda yoxdurlar.

Qrupa rəhbərliyi mən edirdim. Ara-sıra keçmiş baş nazir, o zaman xarici dillər institutunun müəllimlərin Novruz Məmədova, Çərkəz Quliyev və adlarını unutduğum digər müəllimlərdə çox ehtiyatla bizə qoşulandılar. Hakimiyyətdə hələ Kanran Bağırov idi.

Mərkəzi mətbuatda bütün rus-eməni jurnalistlərər Azərbaycanın və Özbəktanın üstünə düşüb yalan-gerçək nə istəsələr yazırdılar. Əlbəttə əsas hədəf Heydər Əliyev idi. Moskvada Heydər Əliyevə qarşı geniş kompaniya gedirdi.

Artıq Bakıda Ermənistandan qovulmuş ilk qaçqın soydaşlarımız görünməyə başlamışdı.

Azərbaycan Mərkəzi Komitəsi önündə bizim ilk mitiqimiz planlaşdırdığımız kimi alınmadı.

Bizimlə danışığa gedib mtinqi Telman Opucov aparmalı oldu. Bizimkilərdən mənə və Dəmir Gədəbəyliyə söz verməyə razılaşdılar. Qalan özləri çıxış edib başladılar "yenidənqurma, aşkarlıq" nağılı ilə mitinqi idarə etməyə.

Mənim çıxışımın məğzi təxminən belə idi. Ermənistanda da Azərbaycanlılar üçün muxtariyyət yaradılsın, Ermənistan ali sovetində Azərbaycanlı deputatların sayı bizdəki ermənilərin sayı ilə eyni olunsun və s...

Bunda sonra çıxışımda mərkızi mətbuatda Azərbaycana və xüsusən Heydər Əliyevə qarşı kompaniyaya son verilməsini tələb etdim. Çıxıışımda xususi vurğuladım ki, bizim yaxşımızıda, pisimizidə heç bir kənar millət və ölkə müzakirə edə bilməz, o cümlədən Heydər Əliyevi. Heydər Əliyev yaxşı və pis cəhətləri ilə Azərbaycan övladıdır. Çoxları belə günan etdiklər ki, yəqin mən Əliyevin adamıyam və yerdən öz narazılığını bildirənlər də oldu...

Əslində mən heç vaxt kommunist liderlərin tərəfində olmamışam, o cümlədən Heydər Əliyevin. Bunu məni tanıyanlar yaxşı bilir, sadəcə mən öz millətimimin ən pisini belə yad millətlərin ayağına vermərəm və bu prinsip məndə əbədi olaraq dəyişməzdir. Nəysə..

Həmin ərəfələrdə Ali sovetin binasında içtimayyət fəalları ilə Mərkəzi Komitə rəhbərlərinin görüş keçirildi. Görüşü teleaperatorlar lentə alırdılar. Yəqin arxivdə var.

Həmin görüşdə yadımda qalanlardan biridə o zanam gənc istedadlı aktyorumuz Nurəddin Mehdixanlıda vardı. Ümumiyyətlə burada bir haşiyə çıxıb qeyd etmək istəyirəm ki, Nurəddin Medixanlı Qarabağla bağlı başlamış mübarizəyə ilk vətən naminə qoşulan yeganə aktyor idi. Digər aktyorlar çox sonralar hərəkata qoşuldular...

Mətləbdən uzaqlaşdım deyəsən...

Həmin görüşdə iştirak edən Azərbaycan partiya rəhbərlərini Bəxtiyar Vahabzadə müti mövqe tutduları üçün sərt tənqid etdi, Ramiz Mehdiyevi isə lap yıxıb sürüdü.

Ramiz Mehdiyev Bəxtiyar müəllimə nəsə sərt etiraz edəndə, mən zaldan ona qarşı sərt tənqidi ifadələr işlətdim. Dəmir Gədəbəylidə mənə dəstək verərək Ramiz Mehdiyevi və digər partiya rəhnərlərin regionçuluqda ittiham etdi.

Xatladım ki, həmin ərəfədə Bəxtiyar Vahabzadə bizim yeganə məsləhət yetimiz idi. Ona qarşı gedəni inanın öldürməyə hazır idim. Nəysə... Həmin görüşdə Xəlil Rzanın tutduğu mövqe, birdən-birə Bəxtiyar Vahabzadəyə qarşı getməsini hələdə bugünə dək anlamıram...

Görüşdən sonra foyedə Ramiz Mehdiyev biz gəclərlə söhbət etdi, hətta bizim tənqidimizi səmimi qarşıladığını söylədi. Ancaq sakir aramla işlətdiyi bir söz yadımdadır. Təxminən belə dedi:

-"Qorbaçov yoldaş çox çətin vəziyətdə cəsarətlə çalışır SSRİ-də aşkarlıq, yenidənqurma uğurla davam etsin. Burada da (Azərbaycandada) nöqsanlar çoxdur və inanın hamısı düzələcək. Azərbaycana bütün bəlaları Heydər Əliyev gətirib. Artıq Heydər Əliyev erası bitdi".

Burada bu xatirələri gələcək yazılara buraxıb, keçirəm qürbət həyatıma...

1990-cı ilin sonunda Azərbaycanı tərk etsəmdə, ölkədə baş verənləri izləmişəm. Azərbaycan, Qarabağ naminə Avropaya gələn bir çox ziyalılara maddi və mənəvi dəstək vermişəm ki, haqq səsimizi dünyaya çatdırsınlar. İndi həmin ziyalılardan dünyasını dəyişənlərdə var, bir çoxu isə məsul vəzifələrdədir..

Ancaq Ramiz Mehdiyevin Azərbaycanın vətənsevər övladlarına düşmən, Qarabağ camatına patoloji nifrəti etdiyini bilirdim...

Əlimdən heç nə gəlinirdi... Ramiz Mehdiyev Azərbaycanda siyasi hakimiyyətin ikinci şəxsi didi. İstər dövlət idarəçilyi, istər yüksək vəzifə təyinatları, istərsədə deputat mandatlarının verilməsində ölkədə son qərarları məhz Ramiz Mediyev verirdi. İndi onun hakimiyyətə və Milli Məclisə gətirdiyi şəxslər ona qarşı amansız mübarizə aparırlar.

Ancaq Ramiz Mehdiyevin at oynadıb, ev yıxdığı dönəmdə ona qarşı qələmi ilə mübarizə aparan qeyrətli və cəsatli vətənsevər jurnalistlərdən biri, bəlkədə birincisi məhz Nigar Almanqızı olub.

Digər vətənsevər məmurlar Sirus Təbrizli, Aslan İsmayılov, Hafiz Hacıyev və başqa mübariz Azərbaycan övladları həyatlarına riskə ataraq Ramiz Mehdiyevin əməllərini ifşa edirdilər.

Ancaq jurnalistlər arasında Nigar Almanqızının bərabəri yox idi...

Təxminən 20-25 il öncə, hələdə üzünü birdəfə olsun görmədiyim, fəqət mətbuat vadirəsi ilə, dayima məktublaşdığım bu aslan qızımızın taleyi həmişə məni narahat edib...

Yazılrında "bu liliput", " bu erməni törəməsi millətimizin başına ip salıb sürüyür" və daha sərt ifadələrlə Ramiz Mehdiyev bütün əməllərini dövrü mətbuatda sərt tənqid edən Nigar Alman qızını itirdim... Günan edirdim ki, Nigar artıq həyatda yoxdur..

İllər sonra Azərbaycandan uzaqlarda yaşayan bu cəsur qızımızı "Nigar Ögeday" imzası ilə tapdım...
Sevincimin həddi hüdu yox idi. Axı Nigar sağ salamat idi...

Ardı var...

Elman Mustafazade

6-11-2025, 22:15 186

Digər xəbərlər

Nizami küçəsində acınacaqlı mənzərə: Sakinlər təmir gözləyir

Sumqayıtda avrokubok həyəcanı davam edəcək

Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi – Video

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycana yeni səfirini qəbul edib

Qaz ödənişlərində yenilik

İcra Hakimiyyətindən Sumqayıt.tv-nin müraciətinə reaksiya: Bulvarda təmir işlərinə başlanılıb

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

Əfsanə ilə varis finalda: Messi və Yamalın hekayəsi gündəm oldu

Türkiyə və Gürcüstan hərbçiləri Azərbaycana gələcək: "Eternity-2026" üçün hazırlıq başladı.

Sabah Sumqayıtda temperatur 35 dərəcəyə yüksələcək

"Sumqayıt"ın ilk sınaq oyununun tarixi dəyişdi

"Azəriqaz"da struktur dəyişikliyi: Yeni departament yaradıldı

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? – Ekspertdən açıqlama

Tramp İlham Əliyevlə bağlı məqaləni öz hesabında paylaşdı-FOTO

Ülvi Mehdiyev: "ASAN müraciət" platforması artıq Sumqayıtda da aktiv istifadə olunur

Novxanı sahillərində qanunsuz balıq ovu iddiası: Sakinlər narahatdır

Sumqayıtlı həkim dünya birincisi oldu: 28 ölkənin mütəxəssisini geridə qoydu-FOTO

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

1 2 3 4 5 6 7 8 9 10 ... 1082
Bu gün, 12:22
Bu gün, 12:21
Bu gün, 12:19
Bu gün, 12:13
Bu gün, 11:10
Dünən, 22:17
Dünən, 20:16
Dünən, 17:07
Dünən, 16:37
Dünən, 15:13
Dünən, 14:50
Dünən, 14:32
Dünən, 14:05
Dünən, 13:15
Dünən, 13:12
Dünən, 12:14
Dünən, 11:59
15-07-2026, 19:33
15-07-2026, 18:29
15-07-2026, 18:26
15-07-2026, 18:20
15-07-2026, 18:02
15-07-2026, 14:57
15-07-2026, 14:11
15-07-2026, 13:51
15-07-2026, 13:24
15-07-2026, 13:07
15-07-2026, 12:32
15-07-2026, 12:00
15-07-2026, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1082