Sumqayıtın bir nömrəli müğənnisi oldu, maşın alverinə qurşandı, müəmmalı şəkildə yoxa çıxdı...

Vaxtilə Sumqayıtın mədəniyyət saraylarında, Mehdi Hüseynzadə adına şəhər stadionunda tədbir aparıcıları tərəfindən xanəndə Rəşid Bədirovun adı elan olunanda zaldan qopan alqış səsləri ətrafı bürüyürdü.
***
Əslən Göyçaydan olan, gənclik illərində Sumqayıta gəlib, burada böyük məşhurluq qazanan Rəşid Bədirov Sumqayıtın ilk professional, çox sevilən müğənnisi olub. O, şəhərdə keçirilən bütün mədəni-kütləvi tədbirlərin, konsertlərin yaraşığı olub. Sumqayıtda bir toy onsuz keçməyib. Hər kəs Rəşid Bədirovun onun toyunda iştirak etməsi ilə fəxr edib.
***
Onu bütün şəhər camaatı çox yaxşı tanıyırdılar. Pərəstişkarları gözəl səsinin vurğunu idilər. Çox gözəl, yapışıqlı səsi vardı, muğam üstündə boğazları təkrarsız idi.
***
Haqqında çox az məlumat olan xanəndə muğam ustası Əlibaba Məmmədovdan dərs alıb. Əlibaba Məmmədov onun oxuma tərzini, səsini çox sevirmiş.

Dövlət Xalq çalğı alətləri ansamblının müşayiəti ilə yazılmış "Dedim-dedi", "Nazlana-nazlana", "İkisi bir boyda gəzən gözəllər", "Ay qaşı, gözü qara göz", "Qonaq gəl bizə", "Gülə-gülə" mahnılarını özünəməxsus şəkildə ifa edib. Bu musiqilər hal-hazırda qızıl fondda saxlanılır.
***
Sumqayıt radio verilişləri redaksiyasında hər həftə Rəşid Bədirovun 30 dəqiqəlik, bəzən də bir saatlıq muğam konserti gedərdi. Onu tarda Sumqayıtın gözəl sənətkarı Ramiz Qarayev, kamançada Zabit müəllim müşayiət edərdi.

***
O zaman Sumqayıtın hər evində radioqəbuledici olduğundan hamı Rəşidə böyük maraqla qulaq asar, toylara dəvət edərlərmiş.
***
Həyat eşqi yüksək, dostcanlı, çox səmimi və mehriban insan olan Rəşid Bədirov həm də maşın alğı-satqısı ilə məşğul olub. Onun müəmmalı şəkildə yoxa çıxmasını və aqibətinin bu günə qədər bilinməməsini məhz bu bizne fəaliyyəti ilə bağlayırlar.
***
Günlərin birində oğlu Rəşad xanəndəni Sumqayıtdan Bakıya yola salır. Digər oğlu isə onu Bakıda qarşılamalı imiş. Necə olursa, nə baş verirsə Rəşid Bədirov Bakıya çatmamış, naməlum şəkildə yoxa çıxır.
***
Deyilənə görə, bu işdə onun paxıllığını çəkən tələbələrindən birinin əli olub. Digər bir versiyaya görə Rəşid Bəbirov kiminləsə zəngləşərək yüksək məbləğdə pulla evdən çıxır. Bakıya, indiki "20 Yanvar" ərazisinə vədələşir, yeni maşın almağa yollanır. Lakin sonradan onun görüş yerinə çatıb-çatmaması haqda heç bir məlumat ala bilmirlər. Onu sonuncu dəfə maşın bazarında görüblər.(kulis.az)



14-05-2021, 23:32 693

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058