Astara rayonunda icra nümayəndəsi həbs olunub.
Sumqayit.tv Unikala istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd ərazi icra nümayəndəsi Tofiq Əliyev saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.