Nizami Gəncəvinin 880 illiyi şərəfinə İŞIQ FESTİVALI keçiriləcək





2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən cari il “Nizami Gəncəvi İli” elan edilmişdir.

Sumqayit.tv xəbər verir ki, Cəmiyyətdə Nizami Gəncəvinin zəngin poetik, fəlsəfi-ictimai irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə çatdırılması üçün daha böyük ictimai marağın cəlb edilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən cari ilin oktyabr ayında “İşıq festivalı. Nizami Gəncəvi” adlı audiovizual layihənin təşkili nəzərdə tutulur.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərən ölməz əsərlərinin yer aldığı “Xəmsə”sindən müxtəlif süjetlərin xüsusi formatda canlandırılması ilə Bakı şəhərində möhtəşəm bir mənzərəyə şahidlik edəcəyik.
Festivalın əsas məqsədi xarici ölkələrin məşhur kitabxana, muzey və arxivlərində, o cümlədən Rusiya Milli Kitabxanası, Topqapı Saray Muzeyi Kitabxanası, Kembric Universiteti Fitzuilyam Muzeyi, Harvard İncəsənət Muzeyində qorunub saxlanılan “Xəmsə” motivli  miniatürlər vasitəsilə öz zənginliyi, fəlsəfi məna dərinliyi ilə dünya ədəbiyyatında əhəmiyyətli yerə malik, ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik Nizami yaradıcılığını vizual təsvirlərdə əks etdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
3D audiovizual proyeksiya formatında baş tutacaq festival 4 gün boyunca – 14, 15, 16, 17 oktyabr tarixlərində davam edəcəkdir. Festival müddətində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin fasadında və Qız Qalasının üzərində “Xəmsə”nin motivləri üzrə çəkilmiş miniatürlər canlandırılacaqdır.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və bir sıra dövlət qurumlarının dəstəyi ilə həyata keçirilir.

11-10-2021, 10:56 204

Digər xəbərlər

Sumqayıt Dəmiryol Vağzalına gedən sərnişinlərə ŞAD XƏBƏR

Sumqayıt Tibb Mərkəzi icbari tibbi sığorta çərçivəsində ən çox əməliyyat aparılan müəssisələr arasında yer alıb

Sumqayıtda 33 uşaq övladlığa verilib

Həbs edilən fermerin təsərrüfatını talayan çobanla bağlı Sumqayıtda yeni hökm çıxarıldı

Sumqayıtın Xəzər bağları massivində su təchizatı dayandırılıb

Sumqayıtda hansı obyekt adları qanunvericiliyin qaydalarını pozur? (ARAŞDIRMA)

Sumqayıtda 1,9 milyonluq təmir... "İS.M.M" MMC şirkət kimindir?

Sumqayıt–Yalama dəmir yolu layihəsi MDB iclasında əsas mövzulardan biri oldu

Sumqayıt Texnologiyalar Parkında rəhbərlik dəyişdi - FOTO

Sumqayıtda ev və maşınlardan oğurluq etdi

Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Sumqayıtda klinikada qadın ona vurulan iynənin təsirindən ölüb

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək

Noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Sumqayıt Apellyasiya Məhkəməsi 780 minlik dələduzluq işi üzrə qərarını verdi

Tacir Şahmalıoğlu oğluna Sumqayıtda nişan etdi

Sumqayıtın qocaman müəllimi dünyasını dəyişib-FOTO

Turizmdə qardaşlıq körpüsü: Azərbaycan və Türkiyə yeni layihələrə start verir (FOTOLAR)

Sumqayıtda üç qardaş avtomobil alverində dələduzluğun qurbanı oldu

Təhlükəli ağaclar: kim cavabdehdir, hara müraciət etməli və hansı addımlar atılmalıdır? – FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 991
Bu gün, 16:16
Bu gün, 16:14
Bu gün, 15:29
Bu gün, 15:19
Bu gün, 13:59
Dünən, 18:27
Dünən, 18:24
Dünən, 18:22
Dünən, 18:19
Dünən, 17:47
Dünən, 16:45
Dünən, 12:42
Dünən, 11:02
Dünən, 10:59
Dünən, 10:56
Dünən, 10:01
25-11-2025, 19:49
25-11-2025, 18:36
25-11-2025, 18:05
25-11-2025, 17:23
25-11-2025, 15:33
25-11-2025, 15:14
25-11-2025, 15:08
25-11-2025, 14:47
25-11-2025, 14:43
25-11-2025, 13:06
25-11-2025, 10:57
25-11-2025, 10:31
24-11-2025, 22:08
24-11-2025, 21:24
24-11-2025, 21:17
24-11-2025, 17:20
24-11-2025, 16:55
24-11-2025, 16:16
24-11-2025, 16:10
24-11-2025, 16:04
24-11-2025, 15:15
24-11-2025, 13:17
24-11-2025, 13:09
24-11-2025, 12:59
1 2 3 4 5 6 7 8 9 10 ... 991