Sumqayıtda iaşə obyektinin fəaliyyəti sakinləri dözülməz vəziyyətə salıb

 

Sumqayıt şəhərinin 29-cu məhəlləsində, 20 Yanvar küçəsində yerləşən 14/19 nömrəli binanın sakinləri uzun müddətdir ki, “Dürüm House” adlı iaşə obyektinin fəaliyyətindən narazıdırlar.

Sakinlərin Sumqayit.tv-ə bildirdiyinə görə, kafe binaya demək olar ki, söykənərək fəaliyyət göstərir və obyektin havalandırma sistemi düzgün qurulmadığından günün 24 saatı kabab iyinin tüstüsü mənzillərə dolur. Bu səbəbdən binada yaşayanlar pəncərələri açmaqda belə çətinlik çəkirlər.

Şikayətçi iddia edirr ki, məsələ ilə bağlı dəfələrlə obyekt rəhbərliyinə irad bildirilsə də, heç bir nəticə olmayıb. Onların sözlərinə görə, kafe icarədarı post-patrul xidmətində çalışdığı üçün sakinlərin etirazlarına məhəl qoyulmur:

“Dəfələrlə demişik, xahiş etmişik, amma heç bir reaksiya yoxdur. Sanki biz nə deyiriksə, əhəmiyyət vermirlər. Biz isə 24 saat kabab tüstüsünə məcbur qalırıq. Artıq dözüm həddimiz tükənib”- deyə, şikayətçi əlavə edib. 

Sakinlər problemin uzun müddətdir həll olunmaması səbəbindən məsələni ictimailəşdirmək qərarına gəldiklərini deyirlər. Şikayətçilər bildirir ki, tədbir görülməsi üçün artıq dövlət qurumlarına rəsmi müraciət ünvanlamağa hazırlaşırlar.

Redaksiyadan: Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


24-11-2025, 17:20 194

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060