Sumqayıt məhkəməsi 62 min manatlıq dələduzluq işi üzrə qadını bəraətli saydı

 
Qızıl alveri ilə məşğul olan qadınların məhkəmə çəkişməsi bəraətlə yekunlaşıb.
Sumqayit.tv-in əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi 62 min manatlıq dələduzluq ittihamı ilə həbs edilmiş 48 yaşlı Balaxanım Atakişiyevanı təqsirsiz hesab edib.
İş materiallarına əsasən, həm təqsirləndirilən Balaxanım Atakişiyeva, həm də zərərçəkmiş Minarə İbayeva qızıl alveri ilə məşğul olub. Qarşılıqlı münasibətlər nəticəsində Balaxanım Minarədən 62 min manatlıq qızıl alaraq əvəzində ona "Toyota Prado” markalı avtomobil verəcəyini vəd edib.
Lakin sonradan məlum olub ki, onun ümumiyyətlə belə bir avtomobili olmayıb və aldığı pulu da geri qaytarmayıb.
Bunun ardından Minarə hüquq-mühafizə orqanlarına müraciət edərək Balaxanımı həbs etdirib.
Əvvəlcə təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, Minarəyə heç bir yalan vəd vermədiyini, onunla kredit-borc müqaviləsi bağlayaraq qızıl alveri ilə məşğul olduğunu deyib. Yəni ondan qızıl götürüb bir az baha qiymətə satıb, pulunu da vaxtında verib.
Balaxanımın sözlərinə görə, götürdüyü qızılın qarşılığında maşın söz verməsi isə yalandır. Onun ümumiyyətlə elə bir maşını olmayıb. Sadəcə əvvəllər qızıl satdığı müştərilərdən biri girov kimi ona həmin maşının şəklini göndərib, o da şəkli Minarəyə atıb. Foto ilə həmin alqı-satqı epizodunun əlaqəsi olmayıb.
Zərərçəkmiş Minarə İbayeva məhkəmədə biri digərini təkzib edən dolaşıq ifadələr verib. Bundan əlavə, ibtidai istintaqdakı ilə indi danışdıqları üst-üstə düşməyib.
Məsələn, o, verdiyi qızılların əyarı və çəkisini dəqiq ifadə edə bilməyib. Həmçinin mübahisəli avtomobilin fotosunun hadisədən iki ay əvvəl ona göndərildiyi məlub olub.
Hakimin "bu məsələni niyə mülki qaydada həll etmədiniz?” sualına Minarə "düşündüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsəm, daha tez həll olunar”, - cavabını verib. Bu da qərəzli münasibəti göstərən hal kimi qiymətləndirilib.
Prokuror yekunda B.Atakişiyevanın təqsirli bilinərək sanksiya həddində həbslə cəzalandırılmasını tələb etsə də, məhkəmə fərqli nəticəyə gəlib. 
Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlib ki, tərəflər arasındakı münasibət mülki-hüquqi xarakter daşıyır və xanım müttəhimin əməlində cinayət tərkibi yoxdur. Hökmə əsasən, təqsiri sübuta yetirilmədiyindən Balxanıma bəraət verilib. O, məhkəmə zalında həbsdən azad edilib.

24-11-2025, 16:10 110

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102