
Sumqayıt şəhərində küçə və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün əsaslı təmiri işləri həyata keçiriləcək.
Sumqayit.tv xəbər verir ki, bu məqsədlə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” ilə “İS.M.M.” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 milyon 916 min 877,22 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “İS.M.M.” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 897 min 170 manat olan şirkətin qanuni təmsilçisi Xuduyev Nadir Bilman oğludur. / Teleqraf.az




Bu gün, 13:06
3


















