Sumqayıtda üç qardaş avtomobil alverində dələduzluğun qurbanı oldu

 

Xaricdən maşın gətirmək istəyən üç qardaş dələduzluğun qurbanı olub.

Sumqayit.tv xəbər verir ki, bu barədə Oxu.az-a şikayət ünvanlayan Şahin Vahid oğlu İbrahimov qeyd edib ki, qardaşları ilə birgə Çindən avtomobil almaq istəyərkən etibar etdikləri Fuad Elxan oğlu Cəfərzadə pulu götürdükdən sonra zənglərə cavab verməyib.

Şahin İbrahimov qeyd edib ki, onlara 60 min manat dəyərində ziyan dəyib.

"Biz üç qardaş (Şahin, Elçin, Samiq) Çindən maşın almaq üçün Fuad Cəfərzadə ilə əməkdaşlıq elədik. Ümumilikdə ona əvvəlcə 30 min dollar pul vermişik. Daha sonra 7 700 manatı isə gömrük və qeydiyyat üçün lazım olan vəsait kimi bizdən aldı. Maşınların gəlməsinə bir gün qalmış Fuad Cəfərzadə bizdə gömrük məsələlərini həll etmək üçün ödənişi və lazımi bütün sənədləri götürüb getdi. Bizə isə səhər saat 10-da yaxınlaşıb qeydiyyat prosesini həll etməyimizi söylədi. Lakin həmin günün axşamı biz onunla əlaqə saxlamaq istəyəndə zənglərimizi açmadı, telefonuna zəng çatmadı, "WhatsApp"dan ona yazdıq bundan sonra o bizi bloka atdı. Sonradan atasını tapıb oğlunun yerini soruşduq, lakin o dedi ki, "gedin nə edirsiniz, edin, mən bilmirəm", atası oğlunun yerini bilir, lakin gizlədir. Biz məsələ ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət etmişik.

Bu olanlardan sonra biz dələduzun fotosunu sosial mediada paylaşdıq. Yalan olmasın, bəlkə də 50-60 nəfər bizə yazdı. Onlar deyirdilər ki, fotodakı şəxs dələduzdur, onlara da 10-30 min manat aralığında ziyan vurub".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli oxu.az-a açıqlamasında bildirib ki, vətəndaşların "xarici ölkədən avtomobil gətirmək" vədi ilə Fuad Elxan oğlu Cəfərzadə tərəfindən aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı müraciətlər araşdırılır:

"Faktlar üzrə zərərçəkənlərə dəyən zərərin miqdarı 58 700 manat təşkil edir. Hazırda əməli törətməkdə şübhəli bilinən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görülür".


25-11-2025, 18:05 195

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041