
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının XI turunda baş verən qayda pozuntuları ilə bağlı qərar açıqlayıb. Qərara əsasən, “Sumqayıt-2” komandasının futbolçusu Ruslan Əliyev 4 oyunluq diskvalifikasiya edilib.
Sumqayit.tv xəbər verir ki, hadisə “Neftçi-2” – “Sumqayıt-2” qarşılaşmasının 49-cu dəqiqəsində qeydə alınıb. Ruslan Əliyev hakimin ünvanına aqressiv davranış etməyə cəhd etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb. Bu səbəbdən futbolçu qarşıdakı 4 turda komandaya kömək edə bilməyəcək.
İnsidentə görə “Sumqayıt-2” klubu 700 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, eyni turda “Sabah-2” ilə oyunda hakimi təhqir edən “Qarabağ-2”nin futbolçusu Şahismayıl Cəfərov da 4 oyunluq diskvalifikasiya alıb. “Qarabağ-2” isə 1000 manat cərimələnib.
25-11-2025, 15:33
55