Özbəkistanlı professor və müəllim heyəti Sumqayıtın ədəbi cameəsinin üzvləri ilə görüşüblər



AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dəvəti ilə  Azərbaycanda  qonaq olan Özbəkistandan gələn  professor və müəllim heyəti həm də Sumqayıt şəhərində Əli Kərim adına poeziya evində şəhərin ədəbi cameəsinin üzvləri ilə görüş keçirdilər. 

Əli Kərim adına Sumqayıt Poeziya evinin direktoru, şair İbrahim İlyaslı qonaqları salamlayaraq, Azərbaycan –Özbəkistan  ədəbi əlaqələrinin qədim köklərindən, ortaq dilimizdən və bu dili və dostluğu  zaman-zaman  qoruyan Özbəkistanın və Azərbaycanın ədəbiyyat xadimlərinin bu yolda göstərdiyi xidmətlərdən danışdı.
Tanınmış şairə, "Şöhrət” Ordenli Ofelya Babayeva  öz çıxışında bu gün türkdilli ölkələrin ədəbiyyat, incəsənət xadimlərinin  və  siyasi liderlərinin görüşməsinin əhəmiyyətini qeyd edərək, bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana sonuncu rəsmi səfəri zaman Özbəkistan Prezidenti  Şavkat Mirziyoyevlə tərcümçi olmadan danışmağı təklif etdisə, bu artıq Türk Dövləti Təşkilatlarının yaxın zamanlarda öz istək və arzularını yerinə yetirəcəklərinə verilmiş ciddi mesajdır. Biz də öz ədəbi əlaqələrimizlə  böyük ədiblərimiz kimi töhfələr verməliyik.
Özbəkistanın böyük klassik şairi Əlişir Nəvainin irsininin araşdıran AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan - Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru  Almaz Ülvi Binnətova   bildirdi ki, iki qardaş dövlət başçısının görüşündən sonra o da bir ailim kimi Özbəkistanın "Dostluq” Ordeninə layiq görülüb. Türkdilli xalqların ədəbiyyatı, əədəbi əlaqələri, ədəbi təsiri və türkdilli xalqların ədəbi əsərlərinin uyğun dilə çevrilməsi  hər zaman  rəhbərlik etdiyi  şöbədə gözəl nəticələr verib. Bu gün yetişən gənc alimlər türkdilli  ədəbiyyatların araşdırılması yolunda böyük maraq göstərirlər.  Özbəkistandan gələn professor və müəllim heyyəti də  Azərbaycanın elm mərkəzləri ilə hər zaman birgə işləyiblər. 
Özbəkistandan konfransa gələn professor və müəllim heyətininin rəhbəri  Mikumi adına Kokand Dövlət Universitetinin  Pedaqoji İnstitutunun fikologiya kafedrasının müdiri  Ziba Qabilova  Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinin  yeni müstəvidə bərpasının iki ölkənin elm mərkəzlərində  türk dünyasında görüləcək böyük axtarışlardan və tapıntılardan xəbər  verdiyini bildirdi. Bizim ədəbiyyatlarımız, ədəbi irsimiz o qədər zəngindir ki, burada yazılan hər fikir türk dünyasının birləşməyi üçün çox mühümdür. Biz inanırıq ki,  bundan sonra da  elmi araşdırmalarımıza cəlb etdiyimiz gənc alimlər də bu sahədə yeni töhfələrini verəcəklər. 
Görüşdə iştitirak edən  Özbəkistanın Əlişir Nəvai adına Daşkənd   Dövlət  Özbək Dili və Ədəbiyyatı Universitetinin klafedra müdiri  filologiya elmləri doktoru, professor Nurbay Cabbar  Azərbaycanla Özbəkistanı birləşdirən Nizami Gəncəvi və  Əlişir Nəvai irsindən, eləcə də Əlişir Nəvainnin Nizami Gəncəvini özünə ustad bildiyini,  Əlişir Nəvainin  türk dilində yazıb qoyduğu ədəbi irsi ilə dilimizin necə böyük və mənalı olduğunu göstərdiyini diqqətə gətirdi. Daha sonra isə Azərbaycan haqqında yzdığı şerini oxudu, çıxışının sonunda dedi ki, əgər dünyada Azərbaycan adlı diyar olmasaydı, dünya öz gözəl mənzərəsini itirərdi.
  Əli Kərim adına Poeziya Evindəki görüşdə  özbəkistanlı qonaqlar professor  Dilşad Qayıbov, Gülsənəm Norova, gənc tədqiqatçı Urqenc Dövlət Universitetinin müəllimi Moyibə Atamuradova, tənqidçi şair , gənc tədqiqatçı Ölməzbəy Xocayev də öz şerlərini oxumaqla Azərbaycanın  Vətən Müharibəsində qazandığı böyük Zəfərindən danışdılar.  Özbək dilindən Azərbaycan dilinə ədəbi nümunələr və şerləri tərcümə edən Süleyman Hüseynov , Şahməmməd Dağlaroğlu da tərcümə etdikləri ədəbi əsərlər haqqında , eləcə də Özbəkistanda çap olunmuş  müəllifləri olduqları əsərlərdən danışdılar. 
Görüşün sonunda qonaqlara poeziya evinin təsis etdiyi  "Sumayıtın Fəxri Qonağı” sertifikatı hədiyyə olundu.
Görüş başa çatandan sonra Özbəkistandan gəlmiş nümayəndə heyəti Sumqayıt şəhəri ilə tanış oldular və Şəhidlər Ziyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dua etdilər.
Fotolar: Şakir Rəhmanındır.

19-11-2022, 13:26 189

Digər xəbərlər

Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi: sakinlər kömək istəyir - VİDEO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda hərəkət nə zaman bərpa ediləcək? – RƏSMİ AÇIQLAMA

Sumqayıtda sərnişin avtobusunda ölüm hadisəsi baş verib

İlham Əliyev İrəvandakı tədbirdə onlayn çıxış etdi

Sumqayıtda aprel ayında temperatur 21 gün normadan yüksək olub

Coratda 66 yaşlı kişi hamamda yıxılaraq ölüb

Sumqayıtda fəhlə faciəli şəkildə həyatını itirdi - VİDEO

Sumqayıtlı şagird dünya səviyyəli uğura imza atdı – TOP universitetlərdən qəbul aldı

Nazir Sumqayıt sakinlərini qəbul edəcək – tarix açıqlandı

29 mindən çox şagird Azərbaycan dili imtahanı verdi

Sumqayıt-Pirşağı yolunda təhlükəli anlar – maşın çuxura düşdü

Sarayda qohumunu amansızlıqla qətlə yetirən şəxsə HÖKM OXUNDU

“Sumqayıt” səfərdə uduzdu – oyun penaltilərlə həll olundu

Sumqayıtda avtobus sürücüsü qaydanı pozdu – cəzalandırıldı

FƏXRİMİZ: Dünya birincisi olan azərbaycanlı gənc - FOTO

Bakı-Sumqayıt yolunda yanğın: mebel sexləri od tutdu - VİDEO

Çerkassi küçəsində təhlükə böyüyür: yol çöküb, kanalizasiya da partlayıb

Bakı-Xankəndi velosiped yarışının ilk mərhələsi Sumqayıtda başa çatacaq

Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO

Sumqayıt Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olundu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1047
Dünən, 17:37
Dünən, 17:16
Dünən, 14:43
Dünən, 14:30
Dünən, 14:23
Dünən, 10:10
Dünən, 10:05
3-05-2026, 15:47
3-05-2026, 12:56
3-05-2026, 12:42
2-05-2026, 20:35
2-05-2026, 19:50
2-05-2026, 19:44
2-05-2026, 16:18
2-05-2026, 12:29
2-05-2026, 11:33
2-05-2026, 08:50
1-05-2026, 21:00
1-05-2026, 20:48
1-05-2026, 18:19
1-05-2026, 15:25
1-05-2026, 15:07
1-05-2026, 10:22
1-05-2026, 10:21
1-05-2026, 10:05
30-04-2026, 19:55
30-04-2026, 14:25
30-04-2026, 14:18
30-04-2026, 14:15
30-04-2026, 13:28
30-04-2026, 13:22
30-04-2026, 13:10
30-04-2026, 13:06
30-04-2026, 12:59
30-04-2026, 12:49
30-04-2026, 10:34
30-04-2026, 10:30
30-04-2026, 08:57
29-04-2026, 22:52
29-04-2026, 22:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1047