Qurdqalaq kənd icmasının üzvləri ata-baba yurdlarından departasiya olunmalarının 36-cı il dönümünü qeyd etdilər-Fotolar


Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt şəhər nümayəndəliyinin konfrans zalında Gorus rayon Qurdqalaq kənd  icması tədbir keçirib.
 Sumqayit.tv
-in verdiyi məlumata görə, QAİ Sumqayıt şəhəri üzrə nümayəndəliyində baş tutan tədbir 36 il əvvəl ermənilər tərəfindən sözügedən kənd insanlarının departasiyaya məruz qalmasına həsr olunub. 
Tədbir Azərbaycanın müətəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad etməklə başlayıb. 
Anım tədbirini qonaq qismində dəvət olunan QAİ Sumqayıt nümayəndəliyinin sədri Ramiz İsmayılov açıb.

O,  QAİ İdarə Heyətinin sədri Əziz Ələkbərlinin salamlarını Qurdqalaq kənd icmasının üzvlərinin diqqətinə çatdırıb. Eyni zamanda R. İsmayılov əsrlər boyu ermənilərin azərbaycan türklərinə qarşı yürütdüyü təmizləmə siyasətindən danışıb. R.İsmayılov bildirib ki,  artıq dövr və zaman dəyişib. Dünyada və regionumuzda baş verən hadisələri analiz edərkən məlum olur ki, proseslər bizim xeyirimizə işləyir. Ölkə başçımız cənab İlham Əliyevin 2022-ci il dekabrın 22-də bir qurup qərbi azərbaycanlılarla görüşü, indiki Ermənistan ərazisindən didərgin düşmüş soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmaq inamını artırıb. 

Qurdqalaq kənd icmasının Ağsaqqallar Şurasının Fikrət Qasımov Ramiz İsmayılovu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni alması münasibətilə qurdqalaqlılar adından təbrik edib.

Qurdqalaq kənd İcma sədri Fuad Məmmədov bir əsrdə ermənilərin həmkəndlilərinin başlarına gətirdiyi müsibətlərdən danışaraq, toplantı iştirakçılarının diqqətinə çatdırıb. 

Qurdaqlar kənd İcmasının ağsaqqallar Şurasının sədri Xasay Məmmədov çıxış edərək bildirib ki, ermənilər hər fürsətdə azərbaycanlılara qarşı diskriminasiya siyasəti yürdməklə, iki xalq arasında düşmənçilik toxumları səpiblər. 

Çıxış edən kənd Qadınlar Şurasının üzvü, şəhid Şahin Əsgərovun anası Rəfiqə Əsgərova da ermənilərin iyrənc oyunlarından danışaraq, əlavə edib ki, məhz Moskvanın köməkliyi ilə ermənilər 1988-ci il noyabr ayının 25 də qurdqalaqlıları öz doğma elindən-obasından didərgin salmağı bacardılar. 
Digər çıxışçılar Azərbaycan dövlətinin, qüdrətli Ali Baş Komandanının qətiyyətinə və dönməz siyasətinə inandıqlarına əminliklərini ifadə edərək, mütləq Zəngəzurun dilbər güşələrindən olan Qurdqalaqa qayıdacaqlarını dilə gətiriblər. 
Anım tədbirində, təsəlli xarakteri daşıyan Qurdqalağa aid şəkillərə baxılıb. 














25-11-2024, 19:13 616

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041