Bakı və Sumqayıtda yayılan kəpənəklər təhlükəlidir? - Foto


Artıq bir neçə gündür Bakı, Abşeron və Sumqayıt şəhəri ərazisində kiçik qəhvəyi kəpənəklər müşahidə olunur. Bu həşəratların kütləvi axını sakinlərin narahatlığına səbəb olub.
Onların hansı səbəbdən meydana çıxdığı, həyətyanı təsərrüfatlara nə kimi ziyan vura biləcəyi və nə vaxt azalacağı sual doğurur. 
Sumqayit.tv Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutu ilə əlaqə saxlanılıb. İnstitutun aparıcı elmi işçisi İradə Nuriyeva belə halların bir neçə ildən bir baş verdiyini, həşəratların kütləvi çoxalması ilə əlaqəli olduğunu bildirib: “Bu kəpənəklər “çayır kəpənəkləri” adlanır. Hazırda yayılmasının səbəbləri onların inkişaf dövrləri ilə əlaqədardır. 10-12 ildən bir bu kəpənəklər kütləvi şəkildə çoxalırlar. Görünür bu il də həmin dövrə təsadüf edir və bu şəkildə üzə çıxıblar. Havaların son bir neçə gündə küləkli keçməsi də onların geniş ərazidə yayılmasına səbəb olub. Kəpənəklər indi mayalanırlar, yumurta qoyacaqlar. Onların yaşaması isə çox çəkmir, yetkin fərdin həyatı 4-20 gün davam edir”.
İ. Nuriyeva həmçinin bildirib ki, bu kəpənəklərin təsərrüfat üçün heç bir təhlükəsi yoxdur. Belə ki, əsas ziyan verən kəpənəyin tırtılıdır. Tırtılın əmələ gəlməsi isə yaz aylarında olacaq: "Tırtıl mərhələsi 10-30 gün çəkir. Bu mərhələdə 200-dən artıq bitkiyə, o cümlədən, şəkər çuğunduru, çoxillik paxlalı bitkilər, günəbaxan, arpa, buğda, kartof və digər tərəvəz və alaq bitkilərinə ziyan vura bilirlər".
Gülnar Əliyeva



10-09-2021, 14:05 188

Digər xəbərlər

Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində milli ailə dəyərlərinə həsr olunmuş dəyirmi masa keçirilib-FOTO

Coratda faciə: Dənizdə batan şəxs müstəntiq imiş

Sumqayıtın 10-cu mikrorayonunda sakinləri narahat edən problem – çəyirtkə və həşəratların sayı artıb

SDU-nun dosentinə beynəlxalq universitetdən mühüm vəzifə

10 yaşlı Sumqayıtlı Uğurun əsəri “Mənim izim” sərgisində-FOTO

Sumqayıt məktəbi ölkə üzrə rekord nəticə göstərdi

Sumqayıtda həlak olan hakimin ailəsinə təzminat ödəniləcək

Tramp: Məndən sonra yazmağa adam tapmayacaqsınız

Ölkə birinciləri SDU-da – Rektor sumqayıtlı gəncləri təbrik etdi-FOTO

Sumqayıt çimərliyində dəniz suyunun temperaturu açıqlandı

Azərbaycan nefti ucuzlaşdı – Yeni qiymət açıqlandı

Sumqayıtlı şəhidin anası qızına yeni həyat bəxş etdi

Xərçəngdən qorunmağın yolları açıqlandı

Statistika açıqlandı: Sumqayıtlıların illik alış-veriş göstəricisi bəlli oldu

9-cu mikrorayonda bıçaqlanma – 26 yaşlı gənc xəstəxanalıq oldu-VİDEO

Sumqayıtda yanğın həyəcanı: "Kimyaçı" sarayında təxliyə həyata keçirildi

Prezident İlham Əliyev Rəşad Məmmədovu Türkiyədən geri çağırdı

MİDA mənzilləri üçün 275 milyon manatdan çox güzəştli kredit verilib

Məşhur müğənni Sumqayıta gələcəyini açıqladı

Sumqayıtda yanğın həyəcanı: "Kimyaçı" sarayında təxliyə həyata keçirildi

1 2 3 4 5 6 7 8 9 10 ... 1087
Dünən, 23:24
Dünən, 13:35
Dünən, 13:15
25-07-2026, 18:06
25-07-2026, 15:43
25-07-2026, 15:03
25-07-2026, 14:47
25-07-2026, 11:00
25-07-2026, 10:50
25-07-2026, 10:46
25-07-2026, 10:44
25-07-2026, 10:36
25-07-2026, 10:21
24-07-2026, 20:10
24-07-2026, 16:04
24-07-2026, 15:53
24-07-2026, 14:43
24-07-2026, 14:34
24-07-2026, 14:33
24-07-2026, 14:19
24-07-2026, 13:25
24-07-2026, 12:34
24-07-2026, 12:30
24-07-2026, 12:26
24-07-2026, 12:20
24-07-2026, 11:40
24-07-2026, 11:37
24-07-2026, 11:31
24-07-2026, 11:00
23-07-2026, 20:21
23-07-2026, 16:36
23-07-2026, 15:48
23-07-2026, 15:20
23-07-2026, 14:34
23-07-2026, 13:44
23-07-2026, 13:17
23-07-2026, 13:13
23-07-2026, 13:01
23-07-2026, 12:41
23-07-2026, 12:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1087