“Şəki Şərab” MMC-dəki dövlətə məxsus payın satışı üzrə investisiya müsabiqəsi elan edilib


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlətə məxsus 3 898 812 manat dəyərində olan payı və əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Sumqayit.tv xəbər verir ki, Müəssisənin nizamnamə kapitalı 4 500 000 manat, öhdəlikləri 535 744 manat, debitor borcları 233 245 manat təşkil edir.
Bu müəssisənin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 4 200 000 manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidir.
İddiaçılar “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyətindəki dövlətə məxsus payın alınmasına görə dövlət büdcəsinə 1 600 000 manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsini təmin etməlidir. İddiaçıdan müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 1 000 000 manat məbləğində vəsaitin beh olaraq ödənilməsi tələb edilir.
Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində cəmiyyətin dövlətə məxsus payı üzrə alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini dövlət büdcəsinə köçürməli, ümumilikdə müqavilə ilə müəyyən olunan şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: https://bit.ly/3l5dwTz
İddiaçıların ərizə və təkliflərinin qəbulu 23 dekabr 2021-ci il tarixinədək iş günləri saat 10:00-dan 17:00-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Y.Səfərov küçəsi, 50) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 24 dekabr 2021-ci il tarixində saat 12:00-dan başlayaraq həyata keçiriləcəkdir.

25-11-2021, 16:06 255

Digər xəbərlər

Füzuli poeziyasının musiqili təcəssümü – Alim və Fərqanə Qasımovdan unudulmaz tamaşa

Sarayda yaşayanlara şad xəbər

Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Sumqayıtda “Abad məhəllə”lərin yaradılmasına start verilir

Sumqayıt Dəmiryol Vağzalına gedən sərnişinlərə ŞAD XƏBƏR

Sumqayıt Tibb Mərkəzi icbari tibbi sığorta çərçivəsində ən çox əməliyyat aparılan müəssisələr arasında yer alıb

Sumqayıtda 33 uşaq övladlığa verilib

Həbs edilən fermerin təsərrüfatını talayan çobanla bağlı Sumqayıtda yeni hökm çıxarıldı

Sumqayıtın Xəzər bağları massivində su təchizatı dayandırılıb

Sumqayıtda hansı obyekt adları qanunvericiliyin qaydalarını pozur? (ARAŞDIRMA)

Sumqayıtda 1,9 milyonluq təmir... "İS.M.M" MMC şirkət kimindir?

Sumqayıt–Yalama dəmir yolu layihəsi MDB iclasında əsas mövzulardan biri oldu

Sumqayıt Texnologiyalar Parkında rəhbərlik dəyişdi - FOTO

Sumqayıtda ev və maşınlardan oğurluq etdi

Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Sumqayıtda klinikada qadın ona vurulan iynənin təsirindən ölüb

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək

Noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Sumqayıt Apellyasiya Məhkəməsi 780 minlik dələduzluq işi üzrə qərarını verdi

Tacir Şahmalıoğlu oğluna Sumqayıtda nişan etdi

1 2 3 4 5 6 7 8 9 10 ... 991
Bu gün, 19:26
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 17:00
Bu gün, 16:16
Bu gün, 16:14
Bu gün, 15:29
Bu gün, 15:19
Bu gün, 13:59
Dünən, 18:27
Dünən, 18:24
Dünən, 18:22
Dünən, 18:19
Dünən, 17:47
Dünən, 16:45
Dünən, 12:42
Dünən, 11:02
Dünən, 10:59
Dünən, 10:56
Dünən, 10:01
25-11-2025, 19:49
25-11-2025, 18:36
25-11-2025, 18:05
25-11-2025, 17:23
25-11-2025, 15:33
25-11-2025, 15:14
25-11-2025, 15:08
25-11-2025, 14:47
25-11-2025, 14:43
25-11-2025, 13:06
25-11-2025, 10:57
25-11-2025, 10:31
24-11-2025, 22:08
24-11-2025, 21:24
24-11-2025, 21:17
24-11-2025, 17:20
24-11-2025, 16:55
24-11-2025, 16:16
24-11-2025, 16:10
24-11-2025, 16:04
1 2 3 4 5 6 7 8 9 10 ... 991