"Sumqayıtın kanalizasiya sistemlərinin mərkəzləşdirilmiş su təmizləmə qurğularına birləşdirilməsi üçün 10-15 il vaxt lazımdır.”



“Bakı və Sumqayıt şəhərlərinin kanalizasiya sistemlərinin  bütünlüklə mərkəzləşdirilmiş su təmizləmə qurğularına birləşdirilməsi üçün 10-15 il vaxt lazımdır”
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib ki, Bakı şəhərində tullantı sularının 60%-ni təmizləmək mümkündür. 
Demokrat.az xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə suyun qalan hissəsi ətraf mühitə və ya Xəzər dənizinə axıdılır.


Hidroloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında  deyib ki, Bakı şəhəri və Abşeron yarımadasında əmələ gələn çirkab sularının qeyd edilən faizi mərkəzləşdirilmiş təmizləmə sistemlərinə qoşulub:
“Abşeron yardımadasının xüsusilə şimal hissəsi – Pirşağı, Novxanı, Fatmayı, bağlar massivi, Zirə və Türkan istiqamətlərində olan evlərin ətrafında hələ də mərkəzləşdirilmiş kanalizasiya sistemləri qurulmayıb. Bu sahədə işlər gedir.
Hazırda Pirşağıda yeni mərkəzləşdirilmiş su təmizləmə sistemi istifadəyə verilməkdədir”. 
Ekspert qeyd edib ki, bu qurğu sutkada 40 min ton suyu təmizləmək gücünə malikdir:
“Pirşağı və ətraf ərazilərdə yerləşən 11 yaşayış massivindən axıdılan çirkab suları təmizlənərək dənizə axıdılacaq. Ümumiyyətlə, Abşeronun digər yerlərində də su təmizləmə qurğularının istifadəyə verilməsi mümkündür, lakin çox vaxt tələb edir. Təxmini hesablamalarıma görə Bakı və Sumqayıt şəhərlərinin kanalizasiya sistemlərinin 100 faiz mərkəzləşdirilmiş su təmizləmə qurğularına birləşdirilməsi üçün 10-15 il vaxt lazımdır”.   

11-10-2023, 11:35 157

Digər xəbərlər

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan təmsil olunub

Ən fırıldaqçı adamlar elə yazıçıların içindəymiş - Şair Əşrəf Veysəlli

Sumqayıtda bu idarə ləğv olundu

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı yenidən məhkəmə qarşısında

Sumqayıtlı kadrlar dövlət idarəçiliyində önə çıxır – yeni təyinatlar

Sumqayıt təhsil mühiti yeni rəhbər yetişdirdi: Sabirabad Peşə Liseyinə direktor təyinatı

Sumqayıtda süd vəzi xərçənginin erkən aşkarlanması üçün mammoqrafiya müayinələri genişləndirilir

Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

Sumqayıtlı ustanın Bakıda faciəvi ölümü: yeyib-içmək məclisi məhkəməlik oldu

Sumqayıtda kredit gecikmələri ölkə ortalamasına yaxındır – rəsmi statistika

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Dünən, 20:41
Dünən, 17:57
Dünən, 17:50
Dünən, 17:47
Dünən, 17:45
Dünən, 17:42
Dünən, 17:38
Dünən, 10:04
Dünən, 00:25
18-02-2026, 19:58
18-02-2026, 14:44
18-02-2026, 14:37
18-02-2026, 13:34
18-02-2026, 11:41
18-02-2026, 11:24
18-02-2026, 10:49
18-02-2026, 10:46
18-02-2026, 10:20
17-02-2026, 18:12
17-02-2026, 17:42
17-02-2026, 17:01
17-02-2026, 16:55
17-02-2026, 16:38
17-02-2026, 12:20
17-02-2026, 12:08
17-02-2026, 11:44
17-02-2026, 11:39
17-02-2026, 11:02
17-02-2026, 10:34
17-02-2026, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
1 2 3 4 5 6 7 8 9 10 ... 1019