"Pilot Residence" MTK ilə sakinlər arasında məhkəmə mübahisəsi bitdi – Yekun qərar verildi

 

Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ünvanlarının kəsişməsində yerləşən "Pilot Residence" yaşayış kompleksində uzun müddətdir davam edən hüquqi mübahisə artıq başa çatıb. Məhkəmə, dövlət qurumlarının rəylərinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəticələrinə əsaslanaraq tikintidə ciddi qanunsuzluqların olduğunu təsbit edib. Nəticədə, MTK-dan həyətə qeyri-qanuni şəkildə inşa olunmuş obyektlərin sökülməsi tələb olunub. Lakin “Pilot Residence” MTK bu qərarla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdi. Aylardır davam edən araşdırmalardan sonra Apellyasiya Məhkəməsi də əvvəlki qərarı qüvvədə saxladı. Ardınca MTK Ali Məhkəməyə üz tutdu. Ali Məhkəmə, apellyasiya instansiyasının daha ətraflı araşdırma aparması məqsədilə işi geri qaytardı. Bu dəfə Apellyasiya Məhkəməsi yerində baxış keçirdi, sakinlərlə birbaşa görüşdü və nəticə olaraq kompleksin həyətində layihədən kənar inşa olunmuş 4 obyektin, o cümlədən 850 m²-lik ticarət sahəsinin qanunsuz olduğunu təsdiq etdi. Məhkəmə MTK qarşısında həmin tikililərin sökülməsi tələbi qoydu.
Hakimlər - Elşad Şamayevin sədrliyi, Vüqar Həsənov və Əhliman Xıdırovun üzvlüyü ilə Ali Məhkəmə də “Pilot Residence” MTK-nın apellyasiya məhkəməsinin qərarına etirazını rədd edib və Apellyasiya Məhkəməsinin əvvəlki qərarını qüvvədə saxlayıb. Yəni, kompleksin həyətində layihədən kənar inşa edilmiş ticarət obyektləri qanunsuz sayılıb və MTK-dan həmin tikililərin sökülməsi tələb olunub.
Bina sakinləri verilən qərarı sevinclə qarşılayıb və məhkəmə sistemində çalışan ədalətli hakimlərə təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, bu qərar təkcə bir məhkəmə mübahisəsinin nəticəsi deyil, həm də cəmiyyət üçün verilmiş bir ədalət mesajıdır. Onlar sevinclərini saytımıza bölüşüblər: “Uzun müddətdir səbirsizliklə yekun qələbəmizi gözləyirdik. Ali Məhkəmənin qərarı bizim üçün yalnız hüquqi deyil, həm də mənəvi zəfərdir. Ölkəmizdəki məhkəmə sisteminin obyektiv mövqeyini yüksək qiymətləndiririk. Sakinlər adından ölkəmizdə ədalətli və dürüst məhkəmə sisteminin formalaşdırılmasına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Hüququn aliliyinin təmin olunması istiqamətində atılan addımlar cəmiyyətimizdə ədalətə və dövlətə olan inamı daha da möhkəmləndirir. Bu nəticə göstərir ki, haqq və ədalət unudulmur, haqlı mübarizə mütləq nəticəsini verir. Məhkəmənin verdiyi bu qərar yalnız bir məhkəmə işini deyil, həm də bütün cəmiyyət üçün aydın ədalət mesajıdır. İnanırıq ki, qanun çərçivəsində öz hüquqlarını tələb edən hər vətəndaş sonda qalib gələcək”.


24-02-2026, 15:43 61

Digər xəbərlər

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

Ehtiram Hüseynovun Xankəndidə konserti keçirildi – FOTO/VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
10-04-2026, 15:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1040