Sumqayıtda üç nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxs yenidən hakim qarşısında

 

Sumqayıt şəhərinin Corat bağlarında evə silahlı basqın edərək 3 nəfəri öldürüb, üç nəfəri yaralamaqda şübhəli bilinən Müşfiq Tağıyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Sumqayit.tv Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəməsinin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılır.

Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri - Serkan Karakaş da Türkiyədəki xəstəxanalardan birində vəfat edib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev saxlanılıb.

Sumqayıt Şəhər Prokurorluğunda aparılan istintaqla 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov, Susana Karakaş və Serkan Karakaşı qəsdən öldürməsi, sonuncuların evdə aşkar surətdə köməksiz vəziyyətdə olan 2 azyaşlı övladını, eləcə də Tərlan Fərəcovanı və köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşfiq Tağıyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Dünən, 14:39 68

Digər xəbərlər

Deputat Elnarə Akimovanın təşkilatçılığı ilə “Uşaq ədəbiyyatında ana dili məsələsi” mövzusunda tədbir keçirilib - FOTO

Sumqayıtda üç nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxs yenidən hakim qarşısında

Sumqayıtlı xanım şəhidin qardaşı: Mehribanı cəbhəyə yollanmaq qərarından döndərə bilmədik

Sumqayıtda I Qarabağ müharibəsinin xanım şəhidi dəfn olunub - FOTO

Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Azərbaycan təmsil olunub - VİDEO

Ən fırıldaqçı adamlar elə yazıçıların içindəymiş - Şair Əşrəf Veysəlli

Sumqayıtda bu idarə ləğv olundu

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı yenidən məhkəmə qarşısında

Sumqayıtlı kadrlar dövlət idarəçiliyində önə çıxır – yeni təyinatlar

Sumqayıt təhsil mühiti yeni rəhbər yetişdirdi: Sabirabad Peşə Liseyinə direktor təyinatı

Sumqayıtda süd vəzi xərçənginin erkən aşkarlanması üçün mammoqrafiya müayinələri genişləndirilir

Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

Sumqayıtlı ustanın Bakıda faciəvi ölümü: yeyib-içmək məclisi məhkəməlik oldu

Sumqayıtda kredit gecikmələri ölkə ortalamasına yaxındır – rəsmi statistika

"Sumqayıt” və digər iki klub azarkeş davranışına görə cərimələndi

Bu şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Sumqayıtlı şagird beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal qazanıb

Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Dünən, 21:45
Dünən, 14:39
Dünən, 14:37
Dünən, 11:38
19-02-2026, 20:41
19-02-2026, 17:57
19-02-2026, 17:50
19-02-2026, 17:47
19-02-2026, 17:45
19-02-2026, 17:42
19-02-2026, 17:38
19-02-2026, 10:04
19-02-2026, 00:25
18-02-2026, 19:58
18-02-2026, 14:44
18-02-2026, 14:37
18-02-2026, 13:34
18-02-2026, 11:41
18-02-2026, 11:24
18-02-2026, 10:49
18-02-2026, 10:46
18-02-2026, 10:20
17-02-2026, 18:12
17-02-2026, 17:42
17-02-2026, 17:01
17-02-2026, 16:55
17-02-2026, 16:38
17-02-2026, 12:20
17-02-2026, 12:08
17-02-2026, 11:44
17-02-2026, 11:39
17-02-2026, 11:02
17-02-2026, 10:34
17-02-2026, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
1 2 3 4 5 6 7 8 9 10 ... 1019