Xəzər sahili və Sumqayıt istiqamətində qanunsuz balıq ovuna qarşı reydlər keçirildi * FOTO

 

Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən 2026-cı ilin yanvar və fevral ayları ərzində 13 qanunsuz balıq ovu faktı aşkarlanıb, 15 inzibati protokol tərtib edilib.

Sumqayit.tv xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu dövrdə 15 000 manat məbləğində inzibati cərimə tətbiq olunub, təbiətə 2 843.5 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

İcra olunmuş tədbirlər çərçivəsində Xəzər dənizi istiqamətində, Novxanı qəsəbəsi sahəsində 2 qanun pozuntusu faktı aşkarlanıb, inzibati qaydada protokollar tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib, ovlanan siyənək balığına görə təbiətə 132 manat ziyan dəydiyi hesablanıb.

Eyni zamanda Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınmış fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, qarabel və siyənək balıqlarının qanunsuz ovlanmasına görə təbiətə 154 manat ziyan dəydiyi hesablanıb.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində 6 fevral və 11 fevral tarixlərində aşkarlanan qanunsuz ov faktları üzrə hər birinə 1 000 manat olmaqla cərimələr tətbiq edilib, ovlanması qadağan olunmuş nərə cinsli 1 ədəd uzunburun və 3 ədəd bölgə və kütüm balıqlarına görə təbiətə ümumilikdə 1 424.5 manat ziyan dəyməsi müəyyən edilib.

Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi istiqamətində qeydə alınmış iki fakt üzrə hər biri üçün 1 000 manat cərimə tətbiq edilib, ovlanmış kütüm və siyənək balıqlarına görə ümumilikdə təbiətə 99 manat ziyan dəydiyi müəyyənləşib.

Mingəçevir su anbarının sağ sahilində, Samux rayonunun inzibati ərazisində aşkarlanan fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, sıf və daban balığı ovu nəticəsində təbiətə 242 manat ziyan dəydiyi müəyyənləşib.

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində keçirilmiş reyd zamanı qadağan olunmuş ov aləti olan elektrik cərəyanı ilə üç qanunsuz balıq ovlanması faktı aşkarlanıb, inzibati qaydada 5 protokol tərtib edilərək 5 000 manat cərimə tətbiq olunub. Müxtəlif balıq növlərinin qanunsuz ovlanmasına görə təbiətə 792 manat ziyan dəydiyi müəyyən edilib, qanunsuz ov alətləri maddi sübut kimi götürülüb.

Son günlər sosial şəbəkələrdə Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisində qanunsuz balıq ovu ilə bağlı paylaşılan məlumatlar yerində araşdırılıb. Aparılan yoxlamalar zamanı Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisindən keçən Baş Mil-Muğan kollektoru istiqamətində qanunsuz balıq ovu faktı aşkarlanıb, inzibati qaydada 2 protokol tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib.

Bununla yanaşı, Baş Mil-Muğan kollektorundakı vəziyyət nəzarətə götürülüb, qanunvericiliyə uyğun olaraq tədbirlər davam etdirilir.

Qeyd olunan pozuntular və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciətlər olunmaqdadır.

 

 

 

 


25-02-2026, 14:26 57

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086