Sumqayıt ağsaqqalları hesabat verərək, qarşıdakı hədəfləri müzakirə etdilər -FOTO

 

Fevralın 23-də Sumqayıt şəhər Ağsaqqallar Şurasının növbəti iclası keçirilib. Toplantıda 2025-ci ilin yekunları təhlil olunub, eyni zamanda 2026-cı il üçün qarşıda duran vəzifələr geniş müzakirə edilib. İclasda şəhər rəhbərliyinin nümayəndələri, Şura sədrliyi, müavinlər, təftiş komissiyasının üzvləri, eləcə də müxtəlif idarə, müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri Tabrik Quliyev görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzədə ötən il ərzində şəhərin sosial-iqtisadi və humanitar sahələrində əldə olunan nəticələr diqqətə çatdırılıb, həyata keçirilən infrastruktur layihələrinin Sumqayıtın inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, yaşayış binalarının dam örtükləri yenilənib, lift sistemləri müasir standartlara uyğun şəkildə yenidən qurulub. Bununla yanaşı, “Acıdərə” kanalının boruya alınması və təmizləyici qurğunun tikintisinin başa çatdırılması istiqamətində işlər davam etdirilib, məişət tullantılarının emalı ilə bağlı mühüm addımlar atılıb.

Çıxış edənlər bildiriblər ki, şəhərdə bütün sahələr üzrə dinamik inkişaf müşahidə olunur. Xüsusilə yaşıllıq zonalarının genişləndirilməsi, yolların və digər infrastrukturun yenilənməsi şəhər rəhbərliyinin əsas diqqət mərkəzində saxlanılıb. Təkcə ötən il ərzində yaşıllıq əraziləri 6 min kvadratmetr artırılıb, ümumilikdə isə şəhərin yaşıllıq sahəsi 11 min hektara çatdırılıb. Nəticədə Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 27,2 kvadratmetr təşkil edir ki, bu da respublika üzrə ən yüksək göstəricilərdən hesab olunur.

İclasda 2026-cı ildə bu istiqamətdə işlərin daha da genişləndirilməsi, yeni yaşayış massivlərində abad məhəllələrin salınması və sosial infrastruktur layihələrinin davam etdirilməsi planlaşdırıldığı bildirilib. Ağsaqqalların şəhərin ictimai-siyasi həyatındakı rolunun artırılması, gənclərlə işin gücləndirilməsi və xüsusilə narkomaniyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib.

Toplantıda Azərbaycan dövlətinin ağsaqqal institutuna göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə bu gün də uğurla davam etdirilir və ölkə başçısı İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Çıxış edən Şura üzvləri respublikada, o cümlədən Sumqayıtda həyata keçirilən abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək, şəhərin inkişafına göstərilən davamlı dəstəyə görə minnətdarlıqlarını ifadə ediblər.

İclasın sonunda qarşıdakı dövr üçün fəaliyyət proqramı qəbul olunub, Ağsaqqallar Şurasının yerli səviyyədə maarifləndirici və sosial təşəbbüslərinin daha da gücləndirilməsi barədə qərarlar verilib.

 

 

 

 


25-02-2026, 20:01 126

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040